“Evə qürurla
gedirik”
“Bu futbolçular qəhrəmandırlar. Mən komandamla, bütün oyunçularla qürur duyuram. Onlar bütün güclərini ortaya qoydular”.
Bu sözləri
İsveçrə millisinin baş məşqçisi Vladimir
Petkoviç “Avro-2020”nin
1/4 finalında İspaniyaya məğlub
olduqları matç haqqında
danışarkən deyib: “Onsuz da rəqibin gücünü
bilirdik. Çünki
çox böyük uğurlar əldə ediblər. Penaltilər
seriyasında məğlub olduğumuza baxmayaraq evə qürurla gedirik. Bu, lotereya
idi. Təəssüf ki,
qırmızı vərəqə son mərhələdə
və əlavə vaxtda oyunumuzu
çətinləşdirdi. Ancaq komandam mübarizəyə davam
etməyə layiq idi”
Azərbaycan.-2021.- 4 iyul.- S.6.