Füzuli və Zəngilan
rayonlarında basdırılan minalara dair xəritələr Azərbaycana təqdim edilib
Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib.
Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.
Humanist
addım olaraq Azərbaycan tərəfi məhkəmənin
hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin
edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni
əsilli şəxsi Ermənistana təhvil verib.
Azərbaycan.-2021.- 6 iyul.- S.1.