Türk dünyasının göy qurşağı” kitabı işıq üzü gördü

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilat tərəfindən çap olunan türkdilli xalqların nağıllarından ibarət “Türk dünyasının göy qurşağı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitaba fonda üzv və müşahidəçi dövlətlərin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstanın, eləcə də Özbəkistan və Türkmənistanın bir-birindən maraqlı və rəngarəng nağılları daxildir.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, “Türk dünyasının göy qurşağı” kitabının adı təsadüfi seçilməyib. Çünki hər bir türk nağılı göy qurşağı rəngləri kimi əlvandır. Birlikdə bu rənglər türk dünyasının zəngin mədəni irsini ifadə edir. Kitab, sadəcə, nağıllar kitabı deyil, eyni zamanda, bizim türk dəyərlərimizdir. Çünki hər bir nağılda mərhəmətə, barışa, qarşılıqlı hörmətə, birliyə çağırış səslənir. Digər tərəfdən bu türk dünyasının adət-ənənələridir, çünki hər bir nağılda dədə-babalarımızdan, əjdadlarımızdan qalan adət-ənənələrimiz var. Kitabın özəlliyi həm də ondan ibarətdir ki, hər bir nağılı balaca azərbaycanlı rəssam Məryəm Quluzadənin illüstrasiyaları bəzəyir”.

 

 

Azərbaycan.-2021.- 6 iyul.- S.7.