Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

 

 

 

Hörmətli Vladimir Vladimiroviç.

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2021-ci il

Azərbaycan.-2021.- 7 iyul.- S.2.