Ermənistan ekoloji
terroru Almaniya şirkəti
ilə birlikdə törədir
44 günlük Vətən müharibəsindəki şanlı qələbədən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdəki erməni vandallığını dünyaya nümayiş etdirməkdədir. Təkcə şəhər və kəndlərimiz, dini və tarixi abidələrimiz deyil, təbiətimiz də erməni terroru ilə üz-üzə qalıb.
Bu gün də ermənilər çirkin əməllərini davam etdirməkdədirlər. Ermənistan tərəfindən Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi bunu təsdiqləyən reallıqdır. Artıq məsələ ölkədə geniş rezonans və ictimai narazılıq doğurub.
Oxçuçay Arazın sol qoludur. Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 kilometr, hövzəsinin sahəsi 1140 kilometrdir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından götürür. Çayın bir hissəsi Ermənistanın Sünik vilayətindən keçir. Bu çayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi hazırda fəlakət həddinə çatıb.
Çayın Araza tökülməsini nəzərə alsaq deyə bilərik ki, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, eyni zamanda İran üçün də böyük problemə çevrilib. Bu sudan məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadə edilməsi son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər.
Oxçuçayın suyunun rəngi vaxtaşırı dəyişərək gah ağ rəngdə, gah da sarı turşu rəngində olur. 2021-ci ilin mart ayında Oxçuçayın suyunda dəmir, mis, nikel, molibden və digər ağır metalların çox olması nəticəsində balıq növlərinin kütləvi şəkildə qırılması qeydə alınıb. Çaydan götürülmüş su nümunələrinin analizinin nəticələri onun tərkibində mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır metalların hədsiz çox olduğunu göstərib. Ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir. Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodunun və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini təsdiq edir.
Bir sözlə, Ermənistan
Oxçuçayda fəlakətli vəziyyət
yaradıb. Amma Ermənistan bu terroru tək həyata keçirmir. Almaniyanın “CRONIMET Holding
GmbH” şirkəti də
bu prosesdə yaxından iştirak edir. Bu şirkət
Ermənistanın ən
böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə
əsas payçısıdır.
Bunu xarici KİV-in araşdırmaları
da təsdiqləyir.
Göründüyü kimi, Ermənistanın
Azərbaycana qarşı
həyata keçirdiyi
ekoloji terrorda xarici şirkətlərin
iştirakına dair çoxsaylı faktlar mövcuddur.
Ancaq Azərbaycan
mediasının Almaniya
səfirliyinə müraciətinə
verilən cavab yalnız bir məqsəd güdür
- məsələni ört-basdır
etmək və diqqəti şirkətin üzərindən yayındırmaq. Bu ölkənin Yaşıllar
partiyası isə ümumiyyətlə müraciətə
saymazyana cavab verərək Azərbaycana
ayırmaq üçün
vaxtlarının olmadığını
bildirib. Bu partiya bizlərə çox yaxşı tanışdır. Azərbaycana qarşı aparılan çirkin kampaniyaların,
qərəzli oyunların
başında hər zaman bu partiya
dayanıb.
Ermənistanın Azərbaycana qarşı
həyata keçirdiyi
ekoloji terrorda Almaniya şirkətinin iştirakının təsdiqini
tapmasından və bu məsələnin beynəlxalq səviyyədə
gündəmə gətirilməsindən
sonra Almaniya hökuməti problemdən
diqqəti yayındırmaq
üçün mediada
ölkəmizə qarşı
kampaniya təşkil etməyə başlayıb.
Bu həm də
seçkilər ərəfəsində
Almaniya hökumətinin
ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir. Əlbəttə ki, bu ölkədə təşkil
olunan kampaniyaların davamlı xarakter daşıması həmin
prosesdə Almaniya hökumətinin bilavasitə
iştirak etdiyini göstərir.
Ermənistan Azərbaycan torpaqlarında həyata keçirdiyi bütün vandallıqlara görə cavab verməli olacaq. O cümlədən təbiətimizə qarşı edilən ekoloji terrorun hesabı sorulacaq
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 7 iyul.- S.1;3.