Baş nazir Əli Əsədov Rusiya
Hökumətinin sədri Mixail Mişustinə
başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin
qəzaya uğraması nəticəsində çoxsaylı
insan tələfatı xəbərindən kədərləndiyini
bildirib.
Məktubda
Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə
və yaxınlarına dərin hüznlə başsağlığı
verilib.
Azərbaycan.-2021.- 8 iyul.- S.2.