Serbiyalı nazirin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində və 4 saylı DOST mərkəzində olub

 

Serbiyanın əmək, məşğulluq, veteranlarsosial işlər naziri Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub. Onlar Mərkəzdə ulu öndər Heydər Əliyevin irsi, Azərbaycanın tarixi və mədəniyyətini, incəsənətini əks etdirən eksponatlarvirtual sərgilərlə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti 4 saylı DOST mərkəzində əhaliyə müasir əsaslarla, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə göstərilən xidmətlərlə maraqlanıblar.

Qonaqlara Azərbaycanın DOST konsepsiyası, DOST mərkəzlərinin dövlət sosial xidmətlər sektoruna gətirdiyi əsaslı keyfiyyət dəyişikliyi və innovativ üstünlüklər barədə məlumat verilib.

 

Azərbaycan.-2021.- 8 iyul.- S.2.