Çempionluq görüşü: İtaliya-İngiltərə
Futbol
üzrə XVI Avropa çempionatı
Yarımfinal
İngiltərə - Danimarka - 2:1
Qollar: Damsqaard, 30 (0:1), Kyer,
39-avtoqol (1:1), Keyn, 104 (2:1)
Baş
hakim: Danni Makkeli (Niderland)
London. “Uembli” stadionu
DÇ-2018-də də yarımfinala çıxan
İngiltərə millisi
Danimarka səddini adlamaqla Avropa çempionatlarında ən
yüksək nəticəsinə
imza atmaq istəyirdi. Bu zaman ingilislərin Danimarka ilə qarşılaşmaya
qədər cari turnirdə qapılarından
top buraxmadan irəliləmələri
də diqqət çəkirdi.
“Avro-2020”də 5 matçdan 4-nü Londonda oynayan İngiltərə millisi üçün yarımfinal
və final qarşılaşmalarının
da “Uembli” stadionunda keçirilməsini
əlavə üstünlük
saya bilərik. Amma təbii
ki, bəzi məqamlarda doğma meydan amili qələbəyə
zəmanət vermir.
Məsələn, ingilislər 9 ay əvvəl burada penaltidən buraxdıqları
qol ucbatından danimarkalılara məğlub
olmuşlar.
Danimarka millisi də 1992-ci ildə Avropa çempionu olduqdan sonra ən yüksək nailiyyətə imza ataraq böyük turnirlərdə yarımfinala çıxa bilmişdi. Skandinaviya təmsilçisinin “Avro-2020”də ən texnikalı komandalarından biri olması, həmçinin 7 futbolçusunun İngiltərə çempionatında çıxış etməsi maraqlı məqamlardan idi.
İyulun 7-də keçirilən yarımfinal matçında diqqətlər danimarkalı Kasper Dolberq, ingilislər Harri Keyn və Rahem Sterlinqin üzərində oldu. Bu matça kimi hərəyə 3 dəfə fərqlənən futbolçular 5 qolla bombardirlər siyahısına başçılıq edən portuqaliyalı Kristianu Ronaldu və çexiyalı Patrik Şikə çatmağa çalışacaqdılar.
Qarşılaşmaya İngiltərə topa sahib olaraq başladı, Danimarka isə oyunu meydançanın özlərinə aid hissəsində qəbul edərək ani əks-hücumlarda qol epizodu yaratmaq istəyirdi. Hər iki komanda ilk dəqiqələrdən kəşfiyyat xarakterli oyun seçərək bir-birilərinin səhvlərindən yararlanmağa çalışırdı.
Matçda sürət yüksək idi. “Avro-2020”də 5 oyun qol buraxmayan İngiltərə seçməsinin bu seriyasına danimarkalıların heyətində 20 yaşlı Mikkel Damsqaard son qoydu. 30-cu dəqiqədə 22 metrlik məsafədən cərimə zərbəsini dəqiq yerinə yetirən skandinaviyalı komandasını hesabda irəli çıxardı.
Buraxılan qoldan sonra qısa müddət şok yaşayan ingilislər azarkeşlərin dəstəyindən istifadə edərək hücumda kəsərlərini daha da artırdılar. Onu da vurğulayaq ki, İngiltərinin hücumçusu Harri Keyn topsuz oyunlarda daha fəal iştirak idi. Onun hücum xəttində hərəkətli olması Danimarkanın müdafiə xəttinə problemlər yaşadırdı. Belə ki, mərkəz müdafiəçilərinin tez-tez irəli çıxması arxada boşluqlara səbəb olurdu. Bu boş zonalardan isə Sterlinq və Saka faydalanırdı. Belə epizodlardan birində - 39-cu dəqiqədə ingilislər hesabı bərabərləşdirdilər. Keynin müdafiənin arxasına atdığı topu Saka cərimə meydançasında Sterlinqə ötürmək istədi. Lakin Danimarkanın kapitanı Kyer topu uzaqlaşdırmaq istəyərkən onu öz qapısına göndərdi - 1:1.
Fasilədən sonra qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçdi. Danimarkalılar daha çox meydançanın özlərinə aid hissəsində yer almaqla yaranan boş zonalarda sürətli əks-hücum taktikası seçdilər. Lakin hər iki tərəfin bütün cəhdlərinə baxmayaraq əsas vaxtda hesab dəyişmədi.
Əlavə vaxtda İngiltərə yığmasının texniki heyəti oyun planında dəyişikliklərə getdi. Hücuma bəzi epizodlarda 7 futbolçu ilə qoşulan komanda 104-cü dəqiqədə istəyinə çatdı. Daha çox cinahdan qurulan hücumlara üstünlük verən ingilislər rəqibini fiziki cəhətdən çox yordular və belə epizodların birində Sterlinqə qarşı edilən kobudluğa görə hakim penalti nöqtəsini göstərdi. Qapıçı Kasper Şmeyxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxartdı - 2:1.
Qalan dəqiqələrdə qol olmadı və yekunda qalib gələn İngiltərə millisi tarixində ilk dəfə Avropa çempionatının finalına yüksəldi. İngilislər həlledici mərhələdə iyulun 11-də Londonda İtaliya kollektivi ilə üz-üzə gələcək.
Necə deyərlər, haqq edən qalib gəlsin. Finala layiq qarşılaşma olsun.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 9 iyul.- S.1;7.