Uğurlu siyasətin
nəticəsi
Azərbaycanın Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının da minalanmış ərazilərinin xəritəsini alması diplomatiyamızın növbəti uğurudur. Bunun müqabilində Qarabağda yenidənqurma və qayıdış layihələrinin gerçəkləşdirilməsi sürətləndiriləcək. 30 ilə yaxındır ki, doğma yurduna həsrət qalmış insanların öz yurdlarına daha tez qayıdışı təmin ediləcək. Mina xəritələrinin alınması həm də mühüm strateji əhəmiyyət daşıyır.
Əldə olunan nəticə həm də ölkəmizin prinsipial mövqeyinin göstəricisidir. Bütün platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsinin qaldırılması, beynəlxalq ictimaiyyətdən bu məsələyə münasibət bildirməsi tələbi, Ermənistanın antihumanist siyasətdən imtina etməsinə yönələn çağırışlar bu nailiyyətin əldə olunmasına zəmin yaratdı. İndi bütün dünyada mina xəritələrinin qaytarılmasını Azərbaycan dövlətinin siyasi uğuru kimi qəbul edirlər. Bu fəaliyyətin nəticəsidir ki, Ermənistan artıq Azərbaycanla münasibətləri tənzimləməyi özü üçün yeganə çıxış yolu kimi dərk edir.
Bir vaxtlar ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri Azərbaycana verməkdən imtina edirdilər. Məqsədləri də bu idi ki, daha çox azərbaycanlı minaya düşsün. Onların bu istəyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, diplomatik səyləri nəticəsində iflasa uğradı.
Azərbaycan zamanla
qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr
bu fikri bir daha təsdiq
etdi.
Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə
bərpa və quruculuq işlərinin sürətlə aparılmasına
şərait yaradacaq. Artıq bölgədə
geniş quruculuq işlərinə başlanılıb.
Qısa müddətdə bu ərazilərdə həyat
öz axarına düşəcək. Eyni zamanda
mina xəritələrinin Azərbaycana
verilməsi onların
aşkarlanması üçün
sərf olunan xərclərin azaldılmasına
gətirib çıxaracaq.
Burada ən vacib məsələlərdən
biri də xəritələrin əldə
edilməsinin insan itkisinin qarşısının
alınmasında əhəmiyyətli
rol oynamasıdır.
Son bir neçə
ayda 100-dən çox
Azərbaycan vətəndaşı
bu minaların qurbanına çevrilib.
Çoxlu sayda insan dünyasını dəyişib. Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli və Zəngilan rayonlarında həyata keçirilir. Füzulidə yeni hava limanı,
dəmir yol xətləri və avtomobil yolları inşa olunur. Bu baxımdan Füzuli
xüsusi strateji əhəmiyyət kəsb
edir. Xəritələrin əldə olunması
layihələrin daha tez zamanda icra
olunmasına öz ciddi töhfəsini verəcək.
Bərpa prosesinə ən ciddi əngəl ərazilərin minalanmış
olmasıdır. Füzuli rayonunun işğaldan
azad olunan ərazilərində hazırda
Beynəlxalq Hava Limanının tikintisi daxil olmaqla regional əhəmiyyət daşıyan
infrastruktur layihələri
həyata keçirilir.
İnfrastrukturun formalaşmasından sonra inzibati, sosial və yaşayış binalarının
inşası üçün
ərazinin minalardan təmizlənməsi prosesi
genişləndiriləcək.
Zəngilan rayonu ərazisində də bərpa işləri sürətlənib. Qarabağda
ilk dəfə həyata
keçiriləcək “Ağıllı
kənd” layihəsinin
icrasına Zəngilan
rayonu Ağaəli kəndindən start verilib.
Layihənin icrası 5 komponent
üzrə aparılacaq.
Bunlar yaşayış, istehsal,
sosial xidmətlər,
“ağıllı kənd
təsərrüfatı” və
alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə
edilməklə 200 fərdi
evin tikintisi nəzərdə tutulub.
Evdaxili mühəndis kommunikasiya,
isitmə sistemləri
də ağıllı
texnologiyalar əsasında
qurulacaq.
İşğaldan azad edilmiş rayonların kəndlərində
müasir məktəb,
bağça, poliklinika
və elektron idarəetmə mərkəzləri
inşa olunacaq, həmçinin turizm infrastrukturu formalaşdırılacaq. Onu da bildirək ki, bütün yaşayış
evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı
məhsullarının emalı
və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında
Türkiyə, Çin,
İtaliya və İsrail şirkətlərinin
mütəxəssisləri də iştirak edəcəklər.
İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma
4 mərhələdə aparılacaq. Birinci mərhələ
dəymiş ziyanın
qiymətləndirilməsini, ikinci mərhələ infrastrukturun formalaşdırılmasını,
o cümlədən kommunal
xidmətlərə əlçatanlığın
təmin edilməsi üçün xüsusi
şəbəkənin yaradılmasını
əhatə edir.
Üçüncü mərhələdə
sosial və inzibati binaların
inşa edilməsi, dördüncü mərhələdə
isə vətəndaşlarımızın
doğma yurdlarına qayıtması və məskunlaşması nəzərdə
tutulur. Mina xəritələrinin
alınması bu dörd mərhələnin
sürətlə həyata
keçirilməsi deməkdir.
Azərbaycan diplomatiyasının uğurları
bir daha onun humanizmin tərəfdarı olduğunu
nümayiş etdirir. Ermənistan Azərbaycanın
bu humanist siyasətindən
özü üçün
konkret nəticələr
çıxarıb ona
müvafiq davranmalıdır.
Azərbaycan Ermənistana başqa
seçim qoymayıb.
İşğaldan azad edilmiş
digər ərazilərin
də mina xəritələrinin
Azərbaycana təqdim
ediləcəyi gün
uzaqda deyil.
Ramilə QURBANLI
Azərbaycan.-2021.- 8 iyul.- S.1;3.