Dmitri Peskov: Azərbaycan tərəfi ilə əlaqələr
daimi əsasda davam edir
Qarabağ üzrə üçtərəfli bəyanatların icrası mühüm və alternativsizdir.
AZƏRTAC
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya
Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri
Peskov RF Prezidenti Vladimir Putin ilə Ermənistanın baş
naziri vəzifəsini icra edən Nikol Paşinyanın Moskvada
danışıqlarından sonra deyib: “Azərbaycan tərəfi
ilə əlaqələr daimi əsasda davam edir. Hər
kəs razıdır ki, üçtərəfli
bəyanatların müddəalarının icrası çox mühüm və
alternativsizdir. Bu icra
çərçivəsində də Ermənistan və Azərbaycan
tərəfləri ilə əlaqələr həyata keçir. İkitərəfli münasibətlər
üzrə dünən ətraflı danışılıb,
üçtərəfli bəyanatların icrasının
müxtəlif nüansları və təbii ki,
ticari-iqtisadi məsələlər
də müzakirə edilib”.
Azərbaycan.-2021.- 9 iyul.- S.2.