Klaudio Taffuri: Əminəm ki,
aparılan bərpa-quruculuq işləri sayəsində Qarabağ tezliklə yenidən canlanacaq
Bu səfərdən çox təsirləndim, bütün ərazilər məhv edilib. Bu, mənə çox acı hisslər yaşatdı.
Bunu
AZƏRTAC-a açıqlamasında İtaliyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Klaudio
Taffuri bildirib.
Səfir
əminliklə qeyd edib ki, Azərbaycan dövlətinin Zəfərdən
sonra Qarabağda apardığı bərpa-quruculuq işləri
sayəsində tezliklə bölgə yenidən canlanacaq,
insanlar öz evlərinə qayıdacaqlar. O zaman hər
şey yaxşı olacaq.
“İşğaldan
azad edilmiş rayonların bərpası üçün
İtaliya ilə Azərbaycan arasında xeyli sayda müqavilə
imzalanıb. İtaliya şirkətləri
bu bölgədə tikinti-quruculuq
işlərini həyata keçirməyə
hazırdırlar”, - deyə diplomat
vurğulayıb.
Azərbaycan.-2021.- 10 iyul.- S.3.