Qətər səfiri: Yolboyu şahidi olduğumuz tikinti-quruculuq
işlərinin sürəti bizi çox sevindirdi
Azərbaycanın tarixi və mədəniyyət paytaxtı Şuşada olmaqdan çox məmnunam. Şuşaya gələrkən yolboyu şahidi olduğumuz tikinti-quruculuq işlərinin sürəti bizi çox sevindirdi.
Bunu
AZƏRTAC-a açıqlamasında Qətərin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Feysal Bin
Abdullah Hamad Al Hinzab deyib.
Səfir
əmin olduğunu bildirib ki, Azərbaycan dövlətinin
sürətlə apardığı tikinti-quruculuq işlərinin
nəticəsində Qarabağ tezliklə cənnətə
çevriləcək.
Azərbaycan.-2021.- 10 iyul.- S.3.