“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlayıb

 

 

 

Bakı Ekspo Mərkəzi”ndəYüksəlişmüsabiqəsinin final mərhələsi keçirilir.

Müsabiqənin Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edirlər.

Finalın açılış mərasimində çıxışlarda vurğulanıb ki, “Yüksəlişmüsabiqəsi ölkəmizdə peşəkar idarəçi, qabaqcıl mütəxəssis potensialının aşkara çıxarılması məqsədilə ərsəyə gəlmiş mühüm layihə əhəmiyyətli təşəbbüsdür.

Qeyd edək ki, müsabiqənin yarımfinal final mərhələləriqiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilir. Bu təcrübə ölkəmizdə imtahan sistemində ilk dəfə tətbiq edilir. ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılan bu format böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur.

Finalda strateji düşünmək bacarığı, icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılır.

İki gün davam edəcək final mərhələsinin ilk günündə müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 112 namizəd qalibiyyət uğrunda mübarizə aparır. Finalda seçilən 20 nəfər qalibin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html ) hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.

Yüksəlişmüsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 

Azərbaycan.-2021.- 11 iyul.- S.2.