Mərakeşin səfiri: Azad olunmuş ərazilərdə məscidlərin, kilsələrin təmiri Azərbaycan multikulturalizminin ən bariz nümunəsidir

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə aparılır. Burada həyat tezliklə öz axarına düşəcək. Azərbaycan xalqına Qarabağda və təhlükəsiz şəraitdə yaşamağı arzulayıram.

Bu fikirləri Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş ifadə edib.

Füzulidə inşa edilən beynəlxalq hava limanında işlərin sürətlə getdiyinin şahidi olduğunu bildirən səfir “Füzuli” yarımstansiyasının artıq istifadəyə verilməsini müsbət hal kimi dəyərləndirib. Bildirib ki, elektrik enerjisi ilə təminat həyata keçiriləcək infrastruktur layihələri üçün mühüm amildir.

Bölgədə tərəqqi üçün sülhə ehtiyac olduğunu vurğulayan diplomat Azərbaycan artıq ərazi bütövlüyünü bərpa etməsinin onda məmnunluq doğurduğunu bildirib.

“İşğaldan azad olunmuş ərazilərdə törədilən dağıntıların miqyasını gördük. Bu ərazilərin bərpası üçün işlərə artıq başlanılıb. Məscidlər, kilsələr təmir olunur. Bu, həmçinin Azərbaycan multikulturalizminin ən bariz nümunəsidir”, - deyə səfir əlavə edib.

 

Azərbaycan.-2021.- 11 iyul.- S.2.