Corc Dik: İsrail dövləti
Azərbaycanın ərazi bütövlüyünü
hər zaman dəstəkləyib
İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Çox şadıq ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə artıq bərpa edib.
Bunu
Şuşada səfərdə olan İsrail Dövlətinin
Azərbaycandakı səfiri Corc Dik müsahibəsində
deyib.
Səfir
vurğulayıb ki, Şuşada olmaq onun üçün
böyük şərəfdir. “2019-cu ilin
sonunda Azərbaycana gələndə
düşünməzdim ki, belə tezliklə
Şuşada ola bilərəm.
Bu gün biz buradayıq. Şuşada
olmağıma, bu tarixi
şəhərə səfər etməyimə görə çox şadam”, - deyə
diplomat qeyd edib.
Azərbaycan.-2021.- 11 iyul.- S.2.