Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı olub

 

 

 

İyulun 8-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabda 44 günlük müharibə dövründə Hulusi Kılıçın peşəkar fəaliyyəti, eyni zamanda, müəllifin verdiyi müsahibə və çıxışları əks olunub.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq Fondun fəaliyyəti barədə məlumat verib. Günay Əfəndiyeva təşkilat tərəfindən Türk dünyasının maddi-mədəni irsinin araşdırılması, qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini, tədbirlərin təşkil edildiyini, belə tədbirlərdən birinin Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimat mərasimi olduğunu qeyd edib.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsiylə tarixi günlər yaşadığını vurğulayan fondun prezidenti, bu Şanlı Qələbənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti, cəsarətli çıxışları, Azərbaycan Ordusunun tükənməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində qazanıldığını bildirib. Şanlı Qələbənin bütün Türk dünyasının Zəfəri olduğunu qeyd edən Günay Əfəndiyeva, həmin mürəkkəb dövrdə Azərbaycanın yanında qardaş Türkiyənin durduğunu vurğulayıb.  Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Xarici İşlər və Müdafiə Nazirliyinin səviyyəsində dəstək göstərildiyini vurğulayaraq, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin təkcə sözdən ibarət olmadığını bütün dünyaya sübut edildiyini qeyd edib.

Fondun prezidenti ölkənin informasiya cəbhəsində mübarizə apardığı 44 gün ərzində Azərbaycanı sevən insanlar tərəfindən dəstək göstərildiyini bildirərək, Hulusi Kılıçın bu çətin günlərdə baş verən hadisələrə öz fikrini bildirməsinin və müsahibələr verməsini xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonradan verilən müsahibələrin, çıxışların istedadlı jurnalist Günel Yaz tərəfindən bir araya toplanaraq kitab şəklində çap olunduğunu qonaqların diqqətinə çatdırıb.

Hulusi Kılıç Azərbaycan üçün ən çətin və həssas zamanda çalışdığını bildirən Günay Əfəndiyeva, həm Azərbaycanda, həm də Moldovada səfir kimi fəaliyyət göstərdiyi dövrdə türkdilli xalqların bir-birinə yaxınlaşmasında xüsusi xidmətləri olduğunu qeyd edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edərək, təqdimatın məhz Türk məkanında - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən xüsusi məmnunluq duyduğunu qeyd edib.

Əli Əhmədov deyib: “Bu kitabı görəndə Hulusi Kılıçın Azərbaycana qarşı dost mövqeyini hiss etdim, onun bu kitabda səsini və nəfəsini duydum. Gördüm ki, burada olan materiallar dövri mətbuatda olarkən mənə tanış idibilirdim ki, Hulusi Kılıç bir türk kimi cəbhədə vuruşur. İnformasiya cəbhəsində döyüşmək heçbizim qəhrəman igidlərimizin gördüyü işdən az deyil. Hulusi Kılıçdan başqa bir mövqe də gözləmək mümkün deyildi. Azərbaycanda işlədiyi dövrdə Azərbaycan-Türkiyə dostluğunun bir carçısı və öz hərəkəti və mövcudluğu ilə ifadəçisi olduğunun dəfələrlə şahidi olmuşam. Hulusi Kılıçın bir diplomat olaraq mahiyyəti türkçülüyü təbliğ etmək, genişləndirmək və qorumaqdan ibarətdir. Güman edirəm ki, bu təsadüfi deyil, çünki türk olan şəxsdə mütləq belə duyğular var”.

Vətən müharibəsinin Azərbaycan tarixində ən şərəfli anlardan biri olduğunu deyən Ə.Əhmədov vurğulayıb: “Bizim dövrümüzə təsadüf edən bu müharibənin dəyəri ondan ibarətdir ki, Azərbaycan-Türkiyə dostluğu və mərdliyini nümayiş etdirmiş oldu. Tariximizdə buna qədər kifayət qədər nümunələr göstərmək olar, amma bu dəfə də biz buna əmin olduq, öz əsgərlərimiz, cəngavərlərimiz Azərbaycanın qüvvəsini yenidən bizim gözümüz önündə canlandırdı və türk ruhunun cəsarətini ortaya qoydu. Bu kitabda Hulusi Kılıçın şərh etmək istədiyi əsas ideyafikir ondan ibarətdir ki, dostluq və qardaşlıq qandan gəlir və bu, sözdə deyil, əməldə özünü göstərməlidir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Hulusi Kılıçın həm Azərbaycan xalqı tərəfindən sevilən, həm də Azərbaycanı sevən bir səfir olduğunu bildirib. Anar onun daim Azərbaycanın maraqlarını və mənafelərini qoruyan bir diplomat olduğunu qeyd edib. Xalq yazıçısı bu yaxınlarda işıq üzü görən “Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün zəfəri” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda tanınmış yazarların Qarabağ haqqında yazıları yer alıb. Sonra o, kitabı Hulusi Kılıça hədiyyə edib və Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstək olduğu üçün ona təşəkkürünü bildirib.

 

Xalq yazıçısı Elçin sovetlər dönəmində Türkiyə ilə Azərbaycan arasında bağlı sərhədin yaşatdığı həsrətdən söz açıb. Bildirib ki, O zamanlar ziyalılarımız Türkiyəni, türk vətəndaşları isə Azərbaycanı ziyarət etmək istəsə də, bu, mümkün deyildi. Sovet İmperiyasının dağıdılmasından sonra bütün reallıqlar dəyişdi, Azərbaycan Türkiyə münasibətləri yeniqopmaz mərhələyə qədəm qoydu. Azərbaycan xalqının Türkiyəyə məhəbbəti, türkçülüyə hörməti və ehtiramı nəticəsində Azərbaycanda Türkiyə Respublikasının Səfirliyi fəaliyyət göstərməyə başladı. Hulusi Kılıç da Azərbaycan xalqının sevgisini qazanan səfirlərdəndir. Hulusi Kılıçın Azərbaycana olan sevgisi bütün türk dünyasına olan sevgidirbu kitab həmin sevginin sayəsində ərsəyə gəlib.

 

Çıxış zamanı Elçin sabiq səfirin Bakıdakı 4 illik fəaliyyəti dövründə gördüyü işləri bir yerə toplayıb yeni bir kitab üzərində işləməyi də tövsiyə edib.

 

Sonra Milli Məclisin deputatları akademik Nizami Cəfərov, Jalə Əliyeva, Hikmət Babaoğlu,  Məlahət İbrahimqızı və digərləri çıxış edərək Hulusi Kılıçın fəaliyyətilə bağlı fikirlərini bölüşüb, onun türk dünyasında fədakar bir insan olduğunu söyləyiblər.

 

Hulusi Kılıç tədbirin türk qurumunda keçirilməsinə və təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirib.

 

Hulusi Kılıç deyib: “44 günlük döyüş ərəfəsində bəlkə bədənim Türkiyədə idi amma ruhum və ağlım cəbhədə idi. İnformasiya cəbhəsi isə diplomatiksiyasi bir cəbhədir. Bunu dəfələrlə söyləmişəm. Qarabağ üçün şəhid düşməyə hazır idim. Bizim xalqlarımız bir- birilərini yaxşı tanımırdılar. Əslində, biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu, bizim üçün ən böyük uğurdur. Mən bu kitabda hər gün bir şeylər yazmağa çalışdım. Televiziyada çıxışlar edərək türk xalqını məlumatlandırmağa çalışdım. Son olaraq isə  kitabın gəlirini YAŞAT Fonduna verməyi qərar verdim”.

 

Sonra Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqları arasında dostluq qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə Hulusi Kılıça fondun xatirə plakatını təqdim edib.

 

Sonda Əməkdar artisti Rəşad İlyasovun ifasında Azərbaycan Türkiyənin xalq mahnıları səsləndirilib.

 

Azərbaycan.-2021.- 11 iyul.- S.3.