Sumqayıt Dövlət Dram Teatrı Zəfərimizlə bağlı
yeni film-spot
hazırlayıb
Təqdim
edilən növbəti
film-spot “Dərs” adlanır.
Layihənin rəhbəri Əməkdar
artist Mübariz Həmidov,
ssenari müəllifi və quruluşçu rejissor Fuad Kazımov,
quruluşçu operator Əsgər
Hüsüyevdir.
Vəfa
Qurbanova, Habil Xanlarov və Mələk Dadaşovun çəkdikləri filmin
qayəsi, yəni verilən “Dərs”in mahiyyəti tarixi vaxtında öyrənməyi
təlqin etməkdir.
Fləşh-back kimi verilən
kadrlarda məktəb xadiməsi məktəb illərini xatırlayır:
o, yazı taxtasında
işğal olunmuş
rayonların tarixini yaza bilmir, donub
qalır. Müəllimin danlağını götürür. İndi o illərə
qayıdır. Xəyalən özünü şagird sayır, ixtiyarsız zamanı qarışdırıb
əlini qaldırır.
Qaldırır ki, artıq
işğal vaxtını
deyil, azad olunma tarixini söyləsin. Əsgərlərimizin rəşadətindən, düşmənin
işğal etdiyi torpaqlardan qaçmasından
danışsın.
Filmin sloqanı
kimi böyük Atatürkün kəlamını
söyləmək olar:
“Tarixini bilməyən
coğrafiyasını itirər”. “Dərs”
film-spotun geniş
tamaşaçı marağına
səbəb olacağı
şübhəsizdir və
bu səbəbdən gələcəkdə daha
bir neçə belə filmin çəkilişi nəzərdə
tutulur.
Akif ƏLİYEV,
Azərbaycan.-2021.- 11 iyul.- S.6.