İtaliya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Sercio Mattarellaya
Hörmətli cənab Prezident,
Futbol üzrə İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə
Sizi və Sizin simanızda bütün dost İtaliya
xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Avropa birinciliyinin
bütün oyunlarında
yüksək ustalıq,
böyük əzmkarlıq,
yenilməz iradə nümayiş etdirmiş və öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış İtaliya futbolçularına ən
səmimi təbriklərimizi
yetirir, onlara yeni-yeni uğurlar arzulayıram.
Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi
dostluq münasibətlərinin
daha da genişlənməsi,
qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda
səylərimizi bundan
sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu əlamətdar anlarda sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
dost İtaliya xalqına
daim rifah və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul
2021-ci il
Azərbaycan.-2021.-
13 iyul.- S.1.