Monteneqronun Prezidenti Zati-aliləri cənab Milo Cukanoviçə
Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan
Respublikası ilə Monteneqro arasındakı münasibətlər uğurla
inkişaf edir. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz,
qarşılıqlı faydalı
əməkdaşlığımız birgə səylərimizlə
bundan sonra da xalqlarımızın mənafelərinə uyğun
olaraq genişlənəcək
və möhkəmlənəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir,
dost Monteneqro xalqına
daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezident
Bakı şəhəri, 10 iyul
2021-ci il
Azərbaycan.-2021.-
13 iyul.- S.1.