Bakı şəhərinin Nəsimi
rayonu ərazisində avtomobil
yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Bakı şəhərinin Nəsimi rayonu ərazisində
avtomobil yollarının yenidən qurulması işlərinin
davam etdirilməsi məqsədilə “Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.1.14-cü yarımbəndində
göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən
məbləğdə maliyyələşməni təmin
etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 iyul
2021-ci il
Azərbaycan.-2021.- 13 iyul.- S.2.