“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 336-VIQD nömrəli Qanununun tətbiqi və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 avqust tarixli 233 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 336-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. “Məşğulluq haqqındaAzərbaycan Respublikası Qanununun 24.12-ci (hər iki halda)   24.13-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2. həmin Qanunun 24.12-ci (hər iki halda) 24.13-cü maddələrindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.    

 

2. Azərbaycan Respublikasının Nazirlər KabinetiMəşğulluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 336-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

 

3.1. “Məşğulluq haqqındaAzərbaycan Respublikası Qanununun 24.12-ci maddəsinə uyğun olaraq, özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə nəqliyyat xərcləri üçünİşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.2. həmin Qanunun 24.13-cü maddəsinə uyğun olaraq, həmin Qanunun    24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlıİşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərclərinin təlimçilərə ödənilən haqqın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

 3.3. “Məşğulluq haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 336-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

4. “Məşğulluq haqqındaAzərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1683; 2019, ¹ 7, maddə 1217; 2020, ¹ 5, maddə 561, ¹ 9, maddə 1142) aşağıdakı dəyişikliklər edilsin:

 

4.1. 2.1-ci bəndə “24.11-ci,” sözlərindən sonra “24.12-ci (hər iki halda), 24.13-cü,” sözləri əlavə edilsin;

 

4.2.  2.3-cü bənd ləğv edilsin;

 

4.3.  2.4-cü bənddə  35.2-ci maddələrindəsözlərimaddələrində, 33.2-ci maddəsinin  ikinci cümləsində 35.2-ci maddəsindəsözləri ilə əvəz edilsin;

 

4.4. 2.5-ci bəndə “24.8-ci,” sözlərindən sonra “24.12-ci (hər iki halda), 24.13-cü,” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2021-ci il

Azərbaycan.-2021.- 13 iyul.- S.2.