Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri
nizamnaməsin”də, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr
tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq
edilmiş “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”də,
“Vətən uğrunda həlak
olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında”, “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti
haqqında” və “Azərbaycan Respublikasının
Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
18-ci bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının “Vətən
Müharibəsi Qəhrəmanı”
adının təsis
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara
alır:
Maddə 1. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 22, maddə
347; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 3, maddə 133, ¹ 5, maddə
312; 2007, ¹ 8, maddə 754, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə
709; 2010, ¹ 12, maddə 1056; 2011, ¹ 2, maddə 71; 2012, ¹ 5, maddə
408; 2014, ¹ 2, maddə 86; 2016, ¹ 1, maddə 6; 2017, ¹ 3, maddə
327; 2018, ¹ 1, maddə 8, ¹ 10, maddə 1968; 2019, ¹ 2, maddələr
180, 181) ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin qarnizon
və qarovul xidmətləri nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 333.4-cü maddədə
“Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülmüş,
Azərbaycan Respublikasının
“Şöhrət” ordeni
və” sözləri
“Azərbaycan Respublikasının
“Vətən Müharibəsi
Qəhrəmanı” adı
və ya “Azərbaycanın
Milli Qəhrəmanı”
adı verilmiş, eləcə də Azərbaycan Respublikasının
“Zəfər” ordeni, “Qarabağ” ordeni, “Şöhrət” ordeni və ya” sözləri
ilə əvəz edilsin;
1.2. 349.2-ci maddədə “Azərbaycanın
Milli Qəhrəmanı”
fəxri adı və ya Azərbaycan
Respublikasının” sözləri
“Azərbaycan Respublikasının
“Vətən Müharibəsi
Qəhrəmanı” adı
və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı
verilmiş, eləcə
də Azərbaycan Respublikasının “Zəfər”
ordeni, “Qarabağ” ordeni və ya” sözləri ilə, “olunmuş” sözü “edilmiş həqiqi hərbi xidmətdən” sözləri
ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 22, maddə
364; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004,
¹ 5, maddə 312, ¹ 6, maddə
415; 2007, ¹ 8, maddə 754; 2008, ¹ 8, maddə 709; 2010, ¹ 4, maddə
274, ¹ 12, maddə 1056; 2011, ¹ 2, maddə 71; 2016, ¹ 1, maddə
9; 2018, ¹ 1, maddə 9, ¹ 10, maddə
1967) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili
xidmət nizamnaməsi”nin
192-ci maddəsinin üçüncü
hissəsinə “məlumat
verir:” sözlərindən
sonra “Azərbaycan Respublikasının Vətən
Müharibəsi Qəhrəmanı
(hərbi rütbəsi
və soyadı) Vətənin azadlığı
uğrundakı döyüşlərdə
qəhrəmancasına həlak
olmuşdur”,” sözləri
əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 14; 2001, ¹ 3, maddələr 138, 145, 146, 147, ¹ 12, maddələr 731, 745; 2002, ¹ 6, maddə 328, ¹ 8, maddə 464; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 886; 2005, ¹ 7, maddələr 576, 588, ¹ 10, maddə 871; 2006, ¹ 4, maddə 312, ¹ 11, maddə 933; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 695, ¹ 12, maddə 1048; 2010, ¹ 6, maddə 482; 2011, ¹ 2, maddə 71; 2015, ¹ 5, maddə 501; 2015, ¹ 10, maddə 1086, ¹ 11, maddə 1250; 2016, ¹ 1, maddə 16; 2017, ¹ 3, maddə 328, ¹ 12 (I kitab), maddə 2207; 2018, ¹ 12, maddə 2488; 2019, ¹ 2, maddə 180; 2020, ¹ 6, maddə 669, ¹ 7, maddə 827) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə 3 saylı Əlavə - “Hərbi qulluqçuların son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanması üçün siyahıların tərtib edilməsi Qaydaları”nın dördüncü hissəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın” sözləri əlavə edilsin.
Maddə 4. “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 11, maddə 641; 2009, ¹ 2, maddə 46) 3-cü maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. ikinci abzasda “iki dəfə” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının,” sözləri ilə əvəz edilsin və həmin abzasdan “və onlara bərabər tutulanların” sözləri çıxarılsın;
4.2. üçüncü abzasa “Azərbaycanın Milli Qəhrəmanlarının” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının,” sözləri əlavə edilsin və həmin abzasdan “və onlara bərabər tutulanların” və “azı iki” sözləri çıxarılsın.
Maddə 5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 365; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1072; 2010, ¹ 3, maddə 168; 2012, ¹ 11, maddə 1057; 2013, ¹ 11, maddə 1313; 2015, ¹ 11, maddə 1279; 2017, ¹ 2, maddələr 141, 160; 2018, ¹ 6, maddə 1157, ¹ 11, maddə 2192; 2020, ¹ 6, maddə 674) 2-ci maddəsinin üçüncü hissəsinin “c” bəndində “Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının” sözləri ilə əvəz edilsin.
Maddə 6. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 231; 2007, ¹ 8, maddə 746; 2010, ¹ 3, maddə 171; 2019, ¹ 4, maddə 582, ¹ 8, maddə 1382, ¹ 11, maddə 1684; 2020, ¹ 6, maddə 670, ¹ 7, maddə 828) 5.9-cu maddəsində “Milli Qəhrəmanlar” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanları” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 575) 6.1.7-ci maddəsinə “incəsənət xadimlərinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının” sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2021-ci il
Azərbaycan.-2021.- 13 iyul.- S.2.