“Elektrik enerjisi istehsalında bərpa olunan
enerji mənbələrindən istifadə
haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli
339-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə haqqında”
Azərbaycan Respublikasının
2021-ci il 31 may tarixli 339-VIQ nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. doqquz ay müddətində:
1.1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə haqqında”
Azərbaycan Respublikası
Qanununun 8.6-cı maddəsinə
uyğun olaraq, özündə Qanunun
8.4-cü maddəsinə əsasən
bağlanılan müqavilələrin
xüsusiyyətlərini və
şərtlərini, habelə
Qanunun 9.3-cü maddəsinə
müvafiq olaraq, bərpa olunan enerji mənbələrinin
ərazisində elektrik
enerjisi istehsalçısının
seçilməsi zamanı
zəmanətli tariflərin
formalaşdırılması meyarlarını əks etdirən bərpa olunan enerji mənbələrinin
ərazisində elektrik
enerjisi istehsalçısının
seçilməsi qaydasına
dair təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.1.2. həmin Qanunun
1.1.12-ci və 10.4-cü maddələrinə
uyğun olaraq, istehsal edilən elektrik enerjisinin güc həddini, habelə aktiv istehlakçının dəstəklənməsi
mexanizminin tətbiqi qaydalarını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.1.3. həmin Qanunun
15-ci maddəsinə uyğun
olaraq, “Bərpa olunan enerji mənbələri
üzrə informasiya sistemi”nin Əsasnaməsini
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
1.1.4. həmin Qanunun
16.2-ci maddəsinə uyğun
olaraq, bərpa olunan enerji mənbələrindən
istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydasını və formasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
1.2. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə haqqında”
Azərbaycan Respublikası
Qanununun 1.1.6-cı, 1.1.10-cu, 1.1.12-ci, 1.1.14-cü maddələrində,
6.2-ci maddəsinin ikinci
cümləsində, 6.3-cü (hər iki halda),
6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (hər
iki halda), 6.7-ci maddəsinin ikinci cümləsində (hər
iki halda), 7.1.2-ci, 7.1.3-cü,
7.2-ci, 8.1-ci, 8.3-cü, 8.4.1-ci,
8.6-cı, 9.2-ci, 9.3-cü, 10.4-cü, 14-cü, 16.1-ci, 16.2-ci və 17.1-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin Qanunun 1.1.14-cü, 8.3-cü və 8.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 1.1.12-ci, 10.4-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
2.4. həmin Qanunun 1.1.6-cı, 6.3-cü (ikinci halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (ikinci halda) və 14-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.5. həmin Qanunun 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (birinci halda) maddəsində, 6.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.4.1-ci, 9.3-cü və 16.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
2.6. həmin Qanunun 9.2-ci və 17.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
2.7. həmin Qanunun 1.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
3.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün;
3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul
2021-ci il
Azərbaycan.-2021.-
14 iyul.- S.5.