Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 23, 44, ¹ 3, maddələr 374,
389, ¹ 4, maddələr 579, 581, 587, 595, ¹ 5,
maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368, 1381,
1383, ¹ 11, maddələr 1682, 1686, 1696, ¹
12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222, ¹ 5, maddələr
505, 515, 519, ¹ 6, maddələr 670, 672, 681,
¹ 7, maddələr 838, 841, 846, 854, ¹ 8, maddələr 1008, 1011, ¹ 9, maddə
1138, ¹ 11, maddələr
1132, 1333, 1336, ¹ 12 (I kitab), maddə
1432, 1440; Azərbaycan Respublikasının
2021-ci il 23 fevral tarixli 270-VIQD nömrəli,
2 aprel tarixli 287-VIQD nömrəli qanunları)
440-cı maddəsi aşağıdakı
redaksiyada verilsin:
“Maddə 440. Mərkəzləşdirilmiş
kredit reyestrinə və kredit bürosuna məlumatların
təqdim edilməsi qaydalarının pozulması
440.1. Bank
və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən
mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna
“Banklar haqqında”,
“Bank olmayan kredit təşkilatları haqqında”
və “Kredit büroları haqqında”
Azərbaycan Respublikasının
qanunlarında nəzərdə
tutulmuş məlumatların
həmin qanunlarda müəyyən olunmuş
qaydada təqdim edilməməsinə, yaxud
tam, düzgün və
ya vaxtında təqdim edilməməsinə
görə -
vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər
on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.
440.2. Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş
kredit reyestrinə və (və ya) kredit bürosuna
“Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında
nəzərdə tutulmuş
məlumatların həmin
qanunlarda müəyyən
olunmuş qaydada təqdim edilməməsinə,
yaxud tam, düzgün
və ya vaxtında təqdim edilməməsinə görə
-
vəzifəli şəxslər
yüz əlli manatdan iki yüz
manatadək məbləğdə,
hüquqi şəxslər
min manatdan min iki yüz manatadək məbləğdə cərimə
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyun 2021-ci il
Azərbaycan.-2021.- 15 iyul.- S.5.