Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 485; 2001, ¹ 12, maddə 736; 2010, ¹ 10, maddə 839; 2016, ¹ 3, maddə 408; 2019, ¹ 1, maddə 32, ¹ 6, maddə 993, ¹ 8, maddə 1366) aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:

 

“Maddə 15-1. Mərkəzləşdirilmiş kredit reyestrikredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi

 

15-1.1. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

 

15-1.2. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2021-ci il

Azərbaycan.-2021.- 15 iyul.- S.5.