“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”  Azərbaycan Respublikasının 2021-ci il 8 iyun tarixli 344-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli,  İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2021-ci il 8 iyun tarixli 344-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12 (I kitab), maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə 1840, ¹ 11, maddələr 2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə 426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr 1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11, maddə 1700; 2020, ¹ 3, maddələr 238, 240, 241, ¹ 5, maddələr 540, 564, ¹ 6, maddələr 691, 709, ¹ 7, maddələr 863, 880, 884, ¹ 8, maddələr 1027, 1032,  ¹ 9, maddə 1155, ¹ 11, maddə 1359, ¹ 12 (I kitab), maddə 1484; 2021, ¹ 1, maddə 36, ¹ 4, maddə 317; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1337 nömrəli, 12 iyun tarixli 1350 nömrəli və 1360 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 5.43-cü bənddən “440,” rəqəmləri çıxarılsın;

 

1.2. 5.47-ci bənddə “və 434-cü” sözləri “, 434 və 440-cı” sözləri ilə əvəz edilsin.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,

 

¹ 2, maddə 200, ¹ 6, maddə 1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə 1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr 915, 927, ¹ 7 (I kitab), maddə 1481, ¹ 8, maddə 1698, ¹ 11, maddələr 2242, 2289, ¹ 12 (I kitab), maddələr 2566, 2597; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 213, ¹ 3, maddə 426, ¹ 4, maddələr 620, 630, 649, ¹ 5, maddələr 819, 862; 2020, ¹ 3, maddələr 238, 240, ¹ 4, maddə 404, ¹ 7, maddələr 864, 885, ¹ 8, maddə 1041, ¹ 9, maddə 1153; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyun tarixli 1351 nömrəli Fərmanı) ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 14.2-ci bənddən “440,” rəqəmləri çıxarılsın;

 

2.2. 15.0-cı bəndə “və 457-ci” sözlərindən əvvəl “, 440” rəqəmləri əlavə edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 8 iyun tarixli 344-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2021-ci il

Azərbaycan.-2021.- 15 iyul.- S.5.