Azərbaycan Respublikası PrezidentininYerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli, “Azərbaycan  Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq  edilməsi barədə” 2007-ci il 28 dekabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqındaTikinti infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

 

1. “Yerin təki haqqındaAzərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 85; 2003, ¹ 10, maddələr 546, 582; 2007, ¹ 8, maddə 769; 2008, ¹ 3, maddə 174, ¹ 8, maddə 719, ¹ 9, maddə 798; 2014, ¹ 2, maddə 112; 2020, ¹ 4, maddə 416) 2-ci hissəsi ləğv edilsin.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 579; 2008, ¹ 8, maddə 719, ¹ 9, maddə 798) ilə təsdiq edilmişYerin təkindən, dəniz dibi sahələrindən akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 

2.1. 5-ci hissənin ikinci cümləsi çıxarılsın;

 

2.2. 13-cü hissədənolmaqla, ayrıca xüsusi razılıqla (lisenziya) ya icazə iləsözləri çıxarılsın.

 

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 326; 2008, ¹ 2, maddə 50, ¹ 4, maddə 260, ¹ 6, maddə 508; 2009, ¹ 9, maddə 687, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddələr 83, 85; 2011, ¹ 2, maddələr 85, 93; 2012, ¹ 10, maddə 955; 2014, ¹ 5, maddə 469, ¹ 10, maddə 1181, ¹ 12, maddə 1575; 2016, ¹ 11, maddə 1796; 2017, ¹ 1, maddə 62, ¹ 3, maddə 357, ¹ 9, maddə 1648, ¹ 11, maddə 2017, ¹ 12 (I kitab), maddə 2300; 2018, ¹ 4, maddə 676, ¹ 7 (I kitab), maddə 1452; 2019, ¹ 5, maddə 816) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndindən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqlasözləri xüsusisözü çıxarılsın.

 

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1245; 2008, ¹ 10, maddə 898; 2009, ¹ 4, maddə 219, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2016, ¹ 3, maddə 458; 2017, ¹ 3, maddə 360; 2018, ¹ 11, maddə 2278) ilə təsdiq edilmişAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

 

4.1. 8.33-cü bənddənaidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqlasözləri çıxarılsın;

 

4.2.  9.14-cü bənddənməhdudlaşdırmaq,” sözü çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  13 iyul 2021-ci il

Azərbaycan.-2021.- 15 iyul.- S.5.