Baş nazir Əli Əsədov Tbilisi şəhərinin meri ilə görüşüb

 

 

İyulun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze ilə görüşüb.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş nazir Ə.Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Söhbət zamanı iqtisadihumanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2021.- 15 iyul.- S.4.