“Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu
bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 1, maddə 1, ¹ 3, maddə 131; 2002, ¹ 12, maddə
693; 2003, ¹ 1, maddə 16; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 199, ¹ 5, maddə 321, ¹
8, maddə 597, ¹ 11, maddə 884; 2005, ¹ 6, maddələr 463,
475, ¹ 10, maddə 874; 2006, ¹ 5, maddə 386, ¹ 6, maddə 479, ¹ 8,
maddə 657, ¹ 11, maddə 927, ¹ 12, maddələr 1005, 1014;
2007, ¹ 2, maddə 83, ¹ 5, maddələr 434, 436, ¹ 7, maddə
711, ¹ 10, maddə 934, ¹ 11, maddələr 1049, 1074, 1078, ¹ 12,
maddələr 1213, 1219; 2008, ¹ 3, maddə 153, ¹ 5, maddələr
326, 341, ¹ 6, maddələr 471, 481, ¹ 7, maddə 602, ¹ 8, maddə
699, ¹ 10, maddə 881; 2009, ¹ 2, maddə 54, ¹ 5, maddə 311, ¹ 6,
maddə 403, ¹ 10, maddə 771, ¹
11, maddə 878, ¹ 12, maddə 964; 2010, ¹ 4, maddə 276; 2011, ¹ 2,
maddə 71, ¹ 3, maddə 165, ¹ 6, maddə 463; 2012, ¹ 5, maddə
413, ¹ 10, maddə 945, ¹ 11, maddə 1049; 2015, ¹ 1, maddə 9, ¹ 5,
maddə 488, ¹ 10, maddə 1100; 2016, ¹ 8, maddə 1365, ¹ 11, maddələr
1760, 1782, 1785; 2017, ¹ 5, maddə 726, ¹ 6, maddə 1054, ¹ 7, maddə
1267, ¹ 8, maddə 1513, ¹ 11, maddə
1974, ¹ 12 (I kitab), maddə 2192; 2018, ¹ 2, maddələr 158, 159,
¹ 3, maddə 392, ¹ 5, maddələr 864, 880, ¹ 6, maddə 1191, ¹
7 (I kitab), maddələr 1383, 1428; 2019, ¹ 1, maddə 8; 2020, ¹ 7,
maddələr 828, 851, 856, ¹ 11, maddə 1322, ¹ 12 (I kitab), maddələr
1425, 1427; 2021, ¹ 2, maddə 114) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 5.2-ci maddəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Şuranın
fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
yaradılan Katiblik həyata keçirir.”;
1.2. 22.7-ci maddə üzrə:
1.2.1. birinci cümlə aşağıdakı
redaksiyada verilsin:
“Dövlət
qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi
vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi qaydada və məbləğdə
aylıq əlavə haqq ödənilir.”;
1.2.2. ikinci cümlə ləğv edilsin;
1.3. aşağıdakı
məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə
edilsin:
“22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü
maddəsində nəzərdə tutulan dövlət
qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri
onun dövlət qulluğu stajına və dövlət
qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə
tutulan dövlət qulluğunun xüsusi növündə
qulluq (xidmət) illərinə daxil edilir.
22.7-2.
Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə
alınaraq, dövlət qulluğunun xüsusi növündə
qulluq (xidmət) illərinin dövlət qulluğu stajına
və dövlət qulluğu stajının dövlət
qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə
daxil edilməsi qaydasını və şərtlərini
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edir.”;
1.4. 28-ci maddə üzrə:
1.4.1. 28.3-cü maddənin
birinci cümləsində “sertifikat” sözü “Dövlət
qulluğu sertifikatı” (bundan sonra - sertifikat)” sözləri
ilə əvəz edilsin;
1.4.2. 28.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
“28.5.
Dövlət qulluğuna qəbul üçün test
imtahanından keçdiyini təsdiq edən sertifikatı olan
şəxs həmin sertifikatın qüvvədə olma
müddətinin hər ili ərzində beş müsahibədə
iştirak etmək üçün ödənişsiz
müraciət edə bilər. Beşdən
artıq müsahibədə iştirak ödənişlidir və
müsahibədə iştirak etmək üçün ödənişin
məbləğini müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Müsahibədə iştirak etmək istəyən
şəxs müsahibənin keçirilməsi elan edildiyi
gündən 30 gün müddətində dövlət
qulluğu vəzifəsinin aid olduğu dövlət
orqanına müraciət edir. Müraciətə əlavə edilməli
sənədlərin siyahısı və sənədlərin
qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.”;
1.4.3. aşağıdakı məzmunda 28.7-1-ci və 28.8-1-ci maddələr əlavə
edilsin:
“28.7-1.
Dövlət orqanının rəhbəri tərəfindən
bu Qanunun 28.7-ci maddəsinə uyğun olaraq təqdim
olunmuş namizədlər sırasından seçim edilərkən
müsabiqədə daha yüksək nəticə əldə
etmiş namizədlərə, müsabiqə nəticələri
bərabər olduqda ali təhsil pilləsinin daha yüksək
səviyyəsini bitirənlərə, təhsil səviyyəsi
eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə
ilə bitirənlərə və xarici dil bilənlərə
üstünlük verilir.”;
“28.8-1. Bu
Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj
və sınaq müddəti müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanda (qurumda) inzibati vəzifələrin
beşinci - yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr
üzrə müsahibə əsasında ilk dəfə
dövlət qulluğuna qəbul edilən şəxslərə
də şamil edilir.”;
1.4.4. 28.11-ci maddənin
birinci hissəsinin ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Bu
müddət ərzində həmin dövlət orqanında
analoji vakant vəzifə olduqda, namizədlərin
razılığı ilə onlar həmin vəzifələrə
təyin edilirlər, yaxud digər dövlət orqanında
analoji vakant vəzifə olduqda, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
həmin vəzifəyə təyin edilmə məsələlərinə
baxılması üçün namizədlər bu dövlət
orqanının rəhbərinə təqdim olunurlar.”;
1.4.5. 28.12-ci maddəyə
aşağıdakı məzmunda ikinci və
üçüncü hissələr əlavə edilsin:
“1-3-cü
kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti
orqanı, habelə Azərbaycan Respublikasının xarici
ölkələrdə fəaliyyət göstərən səfirlik
və konsulluqlarında təyin olunan ticarət nümayəndələri
istisna olmaqla) inzibati vəzifələrin birinci -
üçüncü təsnifatlarına uyğun olan vəzifələrə,
habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq
icra hakimiyyəti orqanında inzibati vəzifələrin
dördüncü təsnifatına uyğun olan vəzifələrə
(bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin
müşavirləri, köməkçiləri) qəbul bu
Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun
olaraq daxili müsahibə əsasında həyata
keçirilir.
Dövlət
qulluğu vəzifəsinin tutulması üçün nəzərdə
tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər
doktoru elmi dərəcəsi olan şəxslər, dövlət
orqanlarında (qurumlarında) siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilən vəzifələrdə
azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə
üzrə dövlət qulluğuna qəbul olunarkən
müsabiqənin yalnız müsahibə mərhələsində
iştirak edirlər.”;
1.5. 28-1-ci maddə üzrə:
1.5.1. 28-1.1-ci maddəyə
“son ilində” sözlərindən sonra “, lakin həmin
sertifikatın qüvvədə olma müddətinin bitmə
tarixindən gec olmayaraq” sözləri əlavə edilsin;
1.5.2. 28-1.2-ci maddədə
“ömürlük” sözü “müddətsiz” sözü ilə
əvəz edilsin;
1.5.3. 28-1.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“28-1.3.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi
üzrə keçirilən test imtahanının məzmunu
Şuranın təklifləri əsasında müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.”;
1.6. 29.2-ci maddə üzrə:
1.6.1. birinci hissənin birinci və ikinci cümlələrində
“Birinci - beşinci” sözləri “1-5-ci” sözləri ilə əvəz
edilsin;
1.6.2. ikinci hissəyə “Dövlət
qulluqçusu” sözlərindən sonra “(iki il müddətində
bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun
olaraq dövlət qulluğu vəzifələrini tutan
dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə
edilsin;
1.6.3. üçüncü hissəyə “Dövlət
qulluqçusu” sözlərindən sonra “(bu Qanunun 28.12-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini
tutan dövlət qulluqçuları istisna olmaqla)” sözləri
əlavə edilsin;
1.7. 29.3-cü maddə üzrə:
1.7.1. birinci hissənin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“1-5-ci
kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti
orqanı istisna olmaqla) inzibati vəzifələrin
dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya
dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti
orqanında inzibati vəzifələrin dördüncü təsnifatına
uyğun olan vəzifələr (bölmə rəhbərləri
və həmin dövlət
orqanı rəhbərinin müşavirləri, köməkçiləri)
istisna olmaqla) uyğun olan vəzifələrin həmin
dövlət orqanında və ya digər dövlət
orqanında inzibati vəzifələrdə qulluq keçən
və inzibati vəzifələrin təsnifatına uyğun
ixtisas dərəcəsi olan dövlət qulluqçuları,
habelə azı 5 il qulluq stajı olan və dövlət
orqanında inzibati vəzifələrdə
çalışmış, eləcə də bu Qanunun
2.3-cü maddəsində nəzərdə tutulan dövlət
qulluğunun xüsusi növündə qulluq (xidmət)
keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi
olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət)
stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə
tutulan vəzifələrdə çalışmış
şəxslər tərəfindən tutulması ümumi
müsahibə yolu ilə həyata keçirilir.”;
1.7.2. birinci hissəyə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
“Dövlət
qulluğu vəzifəsinin tutulması üçün nəzərdə
tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər
doktoru elmi dərəcəsi olan şəxslər, dövlət
orqanlarında (qurumlarında) siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilən vəzifələrdə
azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin
tutulması üçün keçirilən ümumi
müsahibədə iştirak edə bilərlər.”;
1.7.3. ikinci
hissənin birinci cümləsində “Birinci - beşinci”
sözləri “1-5-ci” sözləri ilə, “birinci - yeddinci təsnifatlarına
uyğun olan vəzifələrin” sözləri
“dördüncü - yeddinci (2-ci kateqoriya dövlət
orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati
vəzifələrin dördüncü təsnifatına
uyğun olan vəzifələr (bölmə rəhbərləri
və həmin dövlət orqanı rəhbərinin
müşavirləri, köməkçiləri) istisna olmaqla)
təsnifatlarına uyğun olan vəzifələrin” sözləri
ilə, “müsahibə (daxili müsahibə)” sözləri
“daxili müsahibə” sözləri ilə əvəz edilsin və
həmin cümləyə “dövlət
qulluqçularının” sözlərindən sonra “, habelə
bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən
edilmiş vəzifələrə iddia edən şəxslərin”
sözləri əlavə edilsin;
1.7.4.
üçüncü hissədə “müsahibə (ümumi
müsahibə)” sözləri “ümumi müsahibə”
sözləri ilə əvəz edilsin və həmin hissəyə
“müsabiqə” sözündən sonra “(bu Qanunun 28.12-ci maddəsinin
ikinci hissəsində müəyyən edilmiş vəzifələr
istisna olmaqla)” sözləri əlavə edilsin;
1.7.5. aşağıdakı məzmunda beşinci və
altıncı hissələr əlavə edilsin:
“1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin
birinci - yeddinci təsnifatlarına uyğun olan vəzifələrin
tutulması məqsədilə keçirilən müsahibədən
müvəffəqiyyətlə keçmiş, lakin vakant vəzifəyə
təyin edilməmiş namizədlər iki il müddətində
həmin dövlət orqanında ehtiyat kadr kimi
saxlanılır. Həmin namizədlərin vakant inzibati vəzifələrə
təyin olunması və ehtiyat kadrlar siyahısından
çıxarılması ilə bağlı məsələlər
bu Qanunun 28.11-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Dövlət
orqanının ləğvi, dövlət
qulluqçularının sayının və ya
ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar
siyahısına daxil edilən şəxs bu Qanunun 29.2-ci maddəsinin
birinci hissəsinə uyğun olaraq keçirilən ümumi
müsahibədə və ehtiyat kadr kimi
saxlanıldığı dövlət orqanında bu Qanunun
29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq
keçirilən daxili müsahibədə iştirak edə
bilər.”;
1.8. 29.4-cü maddənin ikinci hissəsinə “olunur” sözündən sonra “, dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun rəsmi internet saytlarında yerləşdirilir” sözləri əlavə edilsin;
1.9. 29.5-ci maddə üzrə:
1.9.1. ikinci hissədə “bir il” sözləri “altı ay” sözləri ilə əvəz edilsin;
1.9.2. üçüncü hissəyə “birinci hissəsi” sözlərindən sonra “bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulmasına, habelə” sözləri əlavə edilsin;
1.10. 29.7-ci maddəyə “komissiya” sözündən sonra “bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilməklə, digər hallarda isə” sözləri əlavə edilsin;
1.11. 29.11-ci maddəyə “inzibati vəzifə” sözlərindən sonra “(bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla)” sözləri əlavə edilsin;
1.12. 29-1-ci maddəyə “yaratdığı quruma” sözlərindən sonra “, Şuraya” sözü əlavə edilsin.
Maddə 2. Keçid müddəaları
2.1. 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar.
2.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-1-ci maddəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçularına (bu Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla) onlar daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may 2021-ci
il
Azərbaycan.-2021.- 16 iyul.- S.2.