Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1.Tibbi sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 4; 2001,   ¹ 3, maddə 141; 2007, ¹ 12, maddə 1212; 2008, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 331; 2015, ¹ 4, maddə 352; 2016, ¹ 3, maddə 419; 2018, ¹ 4, maddə 651; 2019, ¹ 1, maddələr 36, 47, ¹ 12, maddə 1904; 2020, ¹ 3, maddə 227, ¹ 5, maddə 521, ¹ 12 (I kitab), maddə 1426) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1.      16-4.4-cü maddədən “, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü 15-28.4-cü maddələrisözləri çıxarılsın;

 

1.2.      aşağıdakı məzmunda 16-4.4-1-ci maddə əlavə edilsin:

 

“16-4.4-1. Bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü 15-28.4-cü maddələri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.”;

 

1.3.      16-4.6-cı maddəyə “16-4.4-cü” sözlərindən sonra “, 16-4.4-1-ci” sözləri əlavə edilsin.

 

Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2021-ci il

Azərbaycan.-2021.- 16 iyul.- S.3.