Azərbaycan
Respublikası Prezidentinin “Energetika
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 1999-cu il
1 fevral tarixli 85
nömrəli, “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə”
2000-ci il 30 avqust tarixli 392 nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar
investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında
həyata keçirilməsi haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2016-cı
il 20 aprel tarixli 867 nömrəli, “Elektrik
və istilik enerjisi,
habelə qaz təchizatı sahəsində
nəzarətin həyata keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli
204 nömrəli və “Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında” 2019-cu il 9 aprel
tarixli 613 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”,
“Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin
xüsusi maliyyələşmə
əsasında həyata
keçirilməsi haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 22 oktyabr tarixli 1683-VQD nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. “Energetika haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999,
¹ 2, maddə 69; 2003, ¹ 10, maddə
582; 2007, ¹ 6, maddə 601, ¹ 8, maddə 769; 2010, ¹ 10, maddə
857; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 10, maddə
1216; 2016, ¹ 8, maddə 1384; 2018, ¹ 3, maddə 408) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. ikinci abzasa
“cümlələrində” sözündən sonra “,
9-cu maddəsinin 3-cü hissəsinin
onuncu abzasında və 5-ci hissəsində,
10-cu maddəsinin 1-ci hissəsində”
sözləri əlavə
edilsin;
1.2. altıncı abzasda “1-ci, 3-cü” sözləri
“3-cü” sözləri ilə
əvəz edilsin və həmin abzasdan “, 23-cü maddəsinin
1-ci bəndində” sözləri
çıxarılsın;
1.3. 9-cu abzasdan “9-cu maddəsinin
4-cü bəndində,” sözləri
çıxarılsın;
1.4. 10-cu abzasdan “9-cu maddəsinin
3-cü bəndində,” sözləri
çıxarılsın;
1.5. on birinci abzas on dördüncü abzas hesab edilsin və
aşağıdakı məzmunda
on birinci - on üçüncü
abzaslar əlavə edilsin:
“həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin
onuncu abzasında “orqan (qurum)” dedikdə, əsasnaməsinə
və nizamnaməsinə
müvafiq olaraq, Azərbaycan Respublikasının
Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (ətraf mühitə təsirə münasibətdə
Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin iştirakı
ilə) nəzərdə
tutulur;
həmin Qanunun
9-cu maddəsinin 5-ci hissəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
nəzərdə tutulur;
həmin Qanunun
10-cu maddəsinin 1-ci hissəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika
Nazirliyi nəzərdə
tutulur;”.
2. “Ətraf mühitin mühafizəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (III kitab),
maddə 615; 2001, ¹ 10, maddə
640, ¹ 12, maddələr 754, 755; 2002, ¹ 1, maddə 52; 2003, ¹ 10, maddələr
546, 585; 2007, ¹ 2, maddə 87; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 10, maddə
785; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384; 2018, ¹ 11, maddə
2279) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. doqquzuncu abzasa
“Azərbaycan Respublikasının”
sözlərindən əvvəl
“əsasnaməsinə və
nizamnaməsinə müvafiq
olaraq, Azərbaycan Respublikasının Energetika
Nazirliyi və” sözləri əlavə
edilsin;
2.2. iyirmi ikinci
abzas ləğv edilsin.
3. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 867 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 672; 2020, ¹ 1, maddə 10) 2.2-ci və 2.3-cü bəndlərində “3.5-ci” sözləri “3.6-cı” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1490; 2020, ¹ 7, maddə 896) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.3-cü bəndə “təqdim etdiyi” sözlərindən sonra “ərizə və” sözləri əlavə edilsin;
4.2. 2.3.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3.9-cu yarımbənd əlavə edilsin:
“2.3.9. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1 - 18.2.4-cü maddələrində göstərilən sənədlər.”;
4.3. 3.3-cü bəndə “təqdim etdiyi” sözlərindən sonra “ərizə və” sözləri əlavə edilsin;
4.4. 3.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3.7-ci yarımbənd əlavə edilsin:
“3.3.7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1 - 18.2.4-cü maddələrində göstərilən sənədlər.”.
5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 613; 2020, ¹ 7, maddə 898) ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”nin 3.1.6-cı, 3.1.9-cu və 3.1.10-cu yarımbəndlərində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 iyul 2021-ci il
Azərbaycan.-2021.- 16 iyul.- S.3.