Şəhid Tərlan unudulmur

 

 

Corat kəndinin girəcəyindəki xatirə lövhəsinin önündən keçənlər Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Tərlan Rzayevi ehtiramla yad edirlər.

Tərlan bu kənddə dünyaya göz açıb. Sumqayıtdakı 27 nömrəli orta məktəbdə təhsil alıb. Anası Simnarə xanım deyir ki, Tərlan uşaqlıqdan informasiya texnologiyalarına maraq göstərirdi. Ən böyük arzusu isə polis olmaq, dincliyin, asayişin keşiyində dayanmaq idi.

Vətən müharibəsi başlayanda Tərlan Rzayev Beyləqanda hərbi xidmət edirdi. Silaha sarılan, sinəsini yurda sipər edən 19 yaşlı bu igid Füzuli uğrunda döyüşlərdə şəhadətə qovuşdu.  Dövlətimiz Tərlan Rzayevi ölümündən sonra iki medalla təltif edib.

Həmkəndliləri, dostları, Tərlanı tanıyan digər insanlar onu yaddan çıxarmırlar. Şəhidlərimizin xalqın qəlbində həmişə yeri var!

 

 

Yusif MƏMMƏDOV,

keçmiş hərbçi

Sumqayıt şəhəri

Azərbaycan.-2021.- 16 iyul.- S.6.