“Yüksəliş” müsabiqəsinin
qaliblərinin adları açıqlanıb
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 11 min 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilən şəxslərdir.
Qaliblərin adlarını təqdim edirik:
1. Quliyev Orxan Madar oğlu
2. Mürsəlzadə Ziya Məhəmmədəli oğlu
3. Əliyev Fərrux Mübariz oğlu
4. Xəlilova Rzazadə Leyla Qara qızı
5. Yusibov Orxan Aydın oğlu
6. Alıyev Kamil Amil oğlu
7. Hümbətov Cavid Vaqif oğlu
8. Seyranov Xamis Rəşad oğlu
9. Soltanov Elşən Şəmsəddin oğlu
10. Novruzov Nazim Mikayıl oğlu
11. Kərimov Samir Balaxan oğlu
12. Hüseynov Fəxri İslam oğlu
13. Mirzəzadə Elçin Yaşar oğlu
14. Süleyman Turxan Raquf oğlu
15. Mirzəliyev Ruslan Füzuli oğlu
16. Zakirov Orxan Tahir oğlu
17. Cəfərov Cəfər Əbülfət oğlu
18. Məmmədov Məhəmməd İlqar oğlu
19. Qafarzadə Ləman İsbəndiyar qızı
20. Alızadə Ramtiq Natiq oğlu
21. Mirzəzadə Vüqar Yaşar oğlu
22. Feyzullayev Tural Hicrət oğlu
23. Əliyev Semral Adil oğlu
24. Abbasov Saməddin Fəxrəddin oğlu
25. Qazı zadə Orxan Cavanşir oğlu
26. Məlikova Ülkər
Mustafa qızı
27. Hidayətli Güldənə
Şahin qızı
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa
da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün
Təşkilat Komitəsi
eyni balı toplayan iştirakçıların
hər birinin səriştə və nailiyyətlərinin ədalətli
qiymətləndirilməsi baxımından
onların qalib elan olunmasına qərar verib. Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər
tərəfindən birillik
fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min manat məbləğində özünüinkişaf
qrantı əldə edəcək.
“Yüksəliş” müsabiqəsi
21-51 yaşlı, ikiillik
idarəçilik təcrübəsi
olan, ali
təhsilli Azərbaycan
Respublikasının vətəndaşlarını
əhatə edir. Müsabiqə beş
mərhələdən - qeydiyyat,
onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
“Yüksəliş” müsabiqəsi
Prezident İlham Əliyevin 2019-cu il
iyulun 26-da imzaladığı
sərəncamla intellektual
səviyyəsi və
idarəçilik bacarıqları
yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini,
dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını
təmin etmək məqsədilə təsis
olunub.
Azərbaycan.-2021.- 16 iyul.- S.6.