Azərbaycan 137 dövlətin vahid səsini ucaldıb

 

İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi sülh missiyasını uğurla icra etməkdədir

 

 

 

İyulun 13-də Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirildi. 2019-cu ildən hərəkata sədrlik edən Prezident İlham Əliyev konfransda çıxış edərək görülən işlər, qazanılan uğurlar və gələcək planlar barədə geniş məlumat verdi. Prezident həmçinin İkinci Qarabağ müharibəsində məğlub olaraq kapitulyasiya sənədinə imza atan Ermənistanın son vaxtlar törətdiyi təxribatlar və işğaldan azad edilmiş ərazilərimizdə basdırılan minaların xəritələrinin verilməməsi məsələsini üzv dövlətlərin diqqətinə çatdırdı.

 

 

 

Azərbaycan qısa müddətdə Qoşulmama Hərəkatında olduqca böyük nüfuzetimad qazanıb

 

 

 

120 üzv və 17 müşahidəçi dövləti, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən hərəkat müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm platformadır. Dünyadakı mövcud dövlətlərin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına böyük təsir göstərir.

 

Bu həm də onu göstərir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan hərəkat konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

 

İlham Əliyev BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan hərəkatın yaradılmasının 60 illiyinin qeyd edildiyini vurğulayaraq dedi ki, təməlində sülh, multikulturalizmqlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından mürəkkəb qlobal çətinliklər hərəkatın əhəmiyyətini daha da artırıb.

 

Azərbaycanın hərəkata üzvlüyü və sədrliyi dövrünü də dəyərləndirən Prezident dedi ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq, digər prinsipləri təşviq edən tarixiBandunq prinsipləri” ölkəmizin xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz hərəkatda olduqca böyük nüfuzetimad qazandı və 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik ölkəmizə həvalə edildi.

 

 2019-cu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü uğurla təşkil edildi və Azərbaycan sədrliyi öz üzərinə götürdü. Zirvə görüşünün Azərbaycanda keçirilməsi müstəqillik tarixində ən böyük siyasi tədbir idi. Əgər 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz böyük diplomatik uğur idisə, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə olunması qlobal miqyasda artan nüfuzun əyani təzahürü oldu.

 

Bakı Zirvə görüşündəki çıxışında Prezident vurğulamışdı ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Belə də oldu. Qısa zamanda Azərbaycan hərəkata sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq oldu. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak etdilər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədilər. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

 

Prezident eyni zamanda söylədi ki, Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Ölkəmiz hərəkat çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada təşkilatın mövqeyininnüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

 

 

 

İlham Əliyevin qlobal təşəbbüsləri, pandemiyaya qarşı mübarizə tədbirləri

 

 

 

İlham Əliyevin söylədiyi kimi, Azərbaycan özünün Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etdi. Təəssüflər olsun ki, COVID-19 pandemiyası ağır fəsadlar verdi, yeni reallıqlar və çətinliklər yaratdı. Ancaq  yeni reallıqlara hər zaman çevikadekvat reaksiya verən Azərbaycan regionalqlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdi. Böhrandan az itki ilə çıxmaq üçün tədbirlər gördü, həmçinin təcrübəsini hərəkata üzv dövlətlər və başqa ölkələrlə də bölüşdü.

 

Bu məsələyə də toxunan Prezident dedi ki, Azərbaycan səylərini pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdi.

 

Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslə çıxış etdi.

 

İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü və 2020-ci il mayın 4-də həmin tədbiri təşkil etdi. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsiAvropa Komissiyasının vitse-prezidentiiştirak etdilər. Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitartibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

 

Zirvə görüşü zamanı İlham Əliyev hərəkat adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdi. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

 

Prezident vurğuladı ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

 

İlham Əliyev qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” ilə bağlı narahatçılığa da diqqət çəkərək dedi ki, Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb: Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”.

 

Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, Azərbaycan hər fürsətdə inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırır.

 

 

 

Azərbaycanın şanlı Qələbəsi Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir

 

 

 

Prezident həmçinin İkinci Qarabağ müharibəsinin başlanma səbəbləri, şanlı qələbəmiz, məğlub Ermənistanın təxribat xarakterli əməlləri ilə bağlı da toplantı iştirakçılarını məlumatlandırdı. Bildirdi ki, 2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib.

 

Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqları 44 günlük Vətən müharibəsində azad edilib. Bununla da Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının  Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özü təmin edib.

 

Qeyd edək ki, buna qədər Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul etmişdi. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymurstatus-kvonun saxlanılması üçün oyunlar oynayırdı. Son illər ərzində isə danışıqlar prosesini məqsədli şəkildə pozaraq Azərbaycanı yeni müharibə ilə hədələməsi vəziyyəti tamamən dəyişdi. 44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu.

 

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünütarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

 

İlham Əliyev Azərbaycanın şanlı Qələbəsini beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi adlandırdı: Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”.

 

İşğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi vandalizm barədə də məlumat verən İlham Əliyev vurğuladı ki, bütün bunlara baxmayaraq Azərbaycan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə başlayıb. Qarabağda bu gün müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.

 

Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.

 

Sonda isə Prezident bir daha əminliklə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

 

Bütün bunlara əsasən deyə bilərik ki, əgər üçüncü minilliyin başlanğıcında Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirib. Dövrün çağırışlarının tələblərini nəzərə alan, bütün beynəlxalq toplantılarda dünyaya sülh mesajı verən, ən islahatçı Prezident və ən əsası, Qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi üzərinə düşən barışdırıcı sülh missiyasını uğurla icra etməkdədir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2021.- 16 iyul.- S.1;5.