R.E.Məmmədovun Azərbaycan
Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham
Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,16 iyul 2021-ci il
Azərbaycan.-2021.-
17 iyul.- S.2.