Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 10, maddə 762, ¹ 12, maddə
973; 2010, ¹ 7, maddə 587; 2011, ¹ 6, maddə 485, ¹ 7,
maddə 593; 2012, ¹ 5, maddə
410; 2013, ¹ 1, maddə 16, ¹ 11, maddə 1267; 2016, ¹ 1, maddə
12; 2017, ¹ 4, maddə 522, ¹ 5, maddə 752, ¹ 11,
maddə 1976; 2018, ¹ 5, maddələr 855, 878, ¹ 7 (I kitab),
maddə 1440; 2019, ¹ 1, maddə
23, ¹ 7, maddə 1199, ¹ 12, maddə
1899; 2020, ¹ 6, maddə 669) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 8.1.2-ci maddənin
sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi
ilə əvəz olunsun və maddəyə aşağıdakı
məzmunda dördüncü
cümlə əlavə
edilsin:
“Bu Məcəllənin 8.1.2-ci maddəsi
ilə müəyyən
edilmiş aidiyyət qaydaları məcburetmə
və öhdəliyin
icrası haqqında iddialara da şamil
olunur;”;
1.2. 16-cı maddə
üzrə:
1.2.1.
16.1-ci maddədə “Məhkəmə”
sözü “Bu Məcəllənin
16.3-cü maddəsində nəzərdə
tutulmuş hallar istisna edilməklə, məhkəmə” sözləri
ilə əvəz edilsin;
1.2.2.
16.3-cü maddə aşağıdakı
redaksiyada verilsin:
“16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər.”;
1.3. 86.1.4-cü və 95.1.3-cü maddələr ləğv edilsin;
1.4. 96.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.”;
1.5. 108-ci maddə üzrə:
1.5.1. 108.1-ci maddədən “(dövlət rüsumlarından və digər ödəmələrdən)” sözləri çıxarılsın;
1.5.2. 108.2-ci maddədə “Dövlət rüsumları, vəkilin” sözləri “Vəkilin” sözü ilə əvəz edilsin;
1.5.3. 108.3-cü maddədən “rüsumların,” sözü çıxarılsın.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyul 2021-ci il
Azərbaycan.-2021.- 16 iyul.- S.3.