Özbəkistan Prezidenti Azərbaycan Baş nazirinin müavinini qəbul edib

 

Daşkənddə keçirilənMərkəzi Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar imkanlaradlı beynəlxalq konfrans çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Özbəkistanla Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivləri, ölkələrimiz arasında sıx dostluq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat logistika, həmçinin mədəni-humanitar mübadilə proqramlarının həyata keçirilməsi məsələləri barədə danışılıb.

Görüşdə növbəti sammitə hazırlıq çərçivəsində Özbəkistan-Azərbaycan Birgə Əməkdaşlıq Komissiyasının İşgüzar Şuranın yüksək səviyyədə iclasının keçirilməsi, birinci Regionlararası Forumun təşkili ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev görüşdə iştirak edib.

 

Azərbaycan.-2021.- 17 iyul.- S.2.