Dünya fotonun gözündə
Yunan sözü olan fotoqrafiya işığın gücü ilə şəkil çəkmək texnikasıdır. Təsvirin, real süjetin işığa həssas materialda yadda saxlanılması üçün istifadə edilən qurğu fotoaparatdır.
İlk fotoaparatı alman alimi Yohann Zanın
ixtira etdiyi bildirilir. Onun 1685-ci ildə yazdığı
kitaba baxdıqda müasir kameralara bənzəyən obskura təsvirləri görünür.
XVI əsrin ortalarından
istifadə olunan kamera obskurası xaricdəki görüntünün
içəridə əks
edildiyi qutudur. Onlardan, əsasən, günəşə
baxaraq tutulmaları araşdırmaq üçün
də istifadə edirdilər.
XIX əsrdə obskura
öz yerini obyektivli fotoaparat qurğularına verməyə
başladı. Texniki qurğu ilə
şəkil çəkmək
uğrunda cəhdlər
artıq yüz illərdir ki, davam edirdi. İlk fotoşəkli tarixə bəxş edən fransız ixtiraçı
Jozef Nyeps oldu. 1826-cı ildə onun evinin pəncərəsindən
çəkdiyi mənzərə
fotoşəklinin ərsəyə
gəlməsi 8 saatdan
çox vaxt aparmışdı. İxtirasını mükəmməlləşdirmək istəyən Jozef Nyeps həmyerlisi rəssam və kimyaçı Luis Jak Mande ilə ortaq idi. Lakin Nyepsin vaxtsız ölümü bu istəyi yarımçıq
qoydu. Ortağı
isə onun ixtirasını təkmilləşdirməyə
nail olur. Jak Mande 1839-cu ildə
Fransa Elmlər Akademiyasında dünyanın
ilk fotoaparatını təqdim
edir. Görkəmli fransız fotoqrafı
Jak Mande habelə tarixdə çəkilən ilk insan
fotoşəklinin də
müəllifi olur.
Maraqlı bir məqam
da odur ki,
ilk fotoşəkillərdə çəkiliş prosesi
o qədər uzun olurdu ki, insanların
bütün təsvirlərdə
üz cizgiləri solğun, bənizləri yorğun düşürdü.
1888-ci ildə “Kodak” firması
içində 100 ədəd
film olan fotoaparat qurğularını satışa
çıxartdı. Bu
fotoaparat qurğuları “düyməni
basın və geridə qalanı bizə buraxın”
şüarı ilə reklam edilirdi. Qısa zamanda geniş alıcı kütləsi toplayan bu fotoaparatlar
çəkilişdən sonra fabrikə
göndərilir, burada qurğulara
boş filmlər doldurularaq
sahibinə verilirdi. 1947-ci ildə Edvin Land polaroid
qurğusunu ixtira etdi. Daha sonrakı illərdə
isə kamera texnologiyasında baş vermis inkişaflar, rəqəmsal fotoaparatların kəşfi,
mikroskopik təcrübələr, kosmik və sualtı fotoqrafiyası kimi yeni sahələr geniş şəkildə yayılmış, daha çox foto texnika
yaradılmışdır.
Azərbaycan.-2021.- 17 iyul.- S.7.