Delta” nədən əmələ gəlib

 

Alimlər sübut ediblər ki, bu ştammdan da qorunmağın yeganə yolu peyvəndlənmədir

 

 

 

Son vaxtlar dünyada şayiə dolanır ki, COVID-19-un “Delta” variantı və koronavirusun digər mutasiyaları vaksinasiya nəticəsində əmələ gəlib. Bəs mütəxəssislərin bununla bağlı fikirləri nədir?

 

Böyük Britaniyada koronavirusa yoluxanların sayı artır və yoluxma hallarının 95 faizində söhbət “Delta” ştammından gedir. Amma məsələ bundadır ki, Böyük Britaniya əhalisinin üçdə ikisi artıq vaksin olunmuşdur. Elə isə bunun necə baş verdiyi sualı yaranır. Vaksinasiya əleyhdarları məhz bu faktdan istifadə edirlər və sosial şəbəkələrdə şayiələr yayırlar ki, koronavirusun mutasiyası və onunDelta” variantının peyda olması peyvəndlənmənin nəticəsidir.

 

Bəs əslində yeni variantlar necə əmələ gəlir?

 

Deməli, viruslar çoxalmaq üçün öz genetik informasiyalarını hüceyrəyə ötürürlər. Hər bir reproduksiya zamanı cüzi səhvlər baş verirbu səhvlər virusun genetik kodunu dəyişir. Beləliklə, o, daim mutasiyaya uğrayır. Bu, normaldır. Bəzi mutasiyalar virusu vaksinə qarşı daha dayanıqlı edir, digərləri isə, əksinə, zəiflədir. Lakin təkamül prosesində ən güclü variant qalib gəlir. Koronavirusla bağlı ən çox yoluxdurucu variantlar, məsələn,  Deltadaha az təhlükəli formaları sıxıb çıxarır.

 

Söz ki, yenidən “Deltadan düşdü, bildirək ki, koronavirusun bu variantının dəqiq funksiyaları elmi cəhətdən hələ öyrənilməmişdir. Ancaq o məlumdur ki, mutasiyalar virusa insan hüceyrələrinə daha asan yapışmağa və bəzən immun reaksiyalarını “aldatmağaimkan yaradır.

 

Bu barədə Londondakı Kraliça Mariya Universitetinin klinik epidemioloqu Deyepti Qurdanazi məlumat verir. Onun dediyinə görə, “Delta” ştammının bir çox mutasiyaları mövcuddur.

 

Gelmqolts Mərkəzində yoluxucu xəstəliklərin tədqiqatı ilə məşğul olan alim Peggi Rize isə bildirir ki, “Delta” variantı virus yükünü, yəni konsentrasiyanı daha da artırır. Məsələn, bu, boğaz nahiyəsində baş verir. Bunu digər ekspertlər də təsdiq edirlər.

 

Sağalmış və peyvənd almış adamlarda əmələ gələn anticisimlər ilkin virusa qarşı effektiv olsa da, onun mutasiyalarına qarşı zəif hərəkət edirlər. Bu hal İmmune Escape - immun qaçışı adlanır. Bu, faktiki olaraq virusun insanın immun sistemi tərəfindən aşkar olunmasından qaçmaq qabiliyyətidir. Yekunda həm vaksin almış, həm də xəstəliyi keçirmiş adamlar yenidən yoluxa bilərlər.

 

Delta” variantı həm də ona görə sürətlə yayılır ki, o, digər mutasiyalarla müqayisədə daha yoluxucudur və insanın immun sistemindən “gizlənə” bilir. Hannoverdəki Ali Tibb Məktəbinin professoru, immunologiya  revmatologiya klinikasının eksperti Georq Berens hesab edir ki, mutasiya anticisimlərin təsirini zəiflətməklə immun sistemi tərəfindən virusun tanınmasını çətinləşdirir.

 

Lakin immun qaçışı o dərəcədə güclü deyil ki, ona qarşı mövcud vaksinlər faydasız olsun. Əksinə, tədqiqatların ilk nəticələri göstərmişdir ki, tam vaksinasiya  Delta” ştammına yoluxmadan etibarlı müdafiə edir. Buna baxmayaraq, vaksin istehsalçıları, məsələn, BioNtech/Pfizer artıq “Deltaya da qarşı daha effektiv olacaq yeni preparat üzərində işləyirlər.

 

Qayıdaq əvvəlki suala: peyvəndlənmə virusun mutasiyasına səbəb olurmu?

 

Almaniyanın Gissen şəhərindəki Yustus Libiq Universitetinin virusoloqu Frideman Veberin fikrincə, əksinə, vaksin almayanlar koronavirusun mutasiyaya uğramış variantının yayılmasına yardımçı olurlar. Bu, Hindistan, Braziliya və Cənubi Afrikanın timsalında görünür. Məhz bu ölkələrdə peyvənd almış adamların faizi çox aşağı olduğu üçün yeni mutasiyalar orada meydana gəlmişdir. Öz növbəsində Peggi Rize izah edir ki, vaksinlər virusun mutasiyaya uğraması ehtimalını artırsaydı, İsrailBöyük Britaniya kimi ölkələrdə (bu ölkələrdə əhalinin böyük hissəsi vaksin almışdır) koronavirusun yeni variantları peyda olardı.

 

Beləliklə, daha çox ehtimal budur ki, təhlükəli mutasiyalar məhz virusun maneəsiz və sürətlə yayıla biləcəyi yerlərdə əmələ gəlir. Bu isə o deməkdir ki, “Delta” ştammının koronavirusa qarşı peyvəndlər nəticəsində əmələ gəlməsi tamamilə istisna olunur.

 

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2021.- 18 iyul.- S.1:9.