Sənayenin qeyri-neft-qaz
sektorunda məhsul istehsalı 16,6 faiz artmışdır
Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 23,1 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Bu dövrdə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,6 faiz artmışdır.
Sənaye məhsullarının 62,6 faizi mədənçıxarma, 31,3 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz artmışdır.
Emal
sektorunda əczaçılıq məhsullarının
istehsalı 3,1, kompüter, elektron və optik məhsulların
istehsalı 2,5, dəri və dəri məmulatlarının,
ayaqqabıların istehsalı 2,2 dəfə, tütün məmulatlarının
istehsalı 80,8, maşın və avadanlıqların
quraşdırılması və təmiri işləri 78,2,
elektrik avadanlıqlarının istehsalı 60,6, maşın və
avadanlıqların istehsalı 48,3, toxuculuq sənayesi məhsullarının
istehsalı 48,1, tikinti materiallarının istehsalı 40,2,
kağız və karton istehsalı 34,2, rezin və plastik
kütlə məmulatlarının istehsalı 29,7,
ağacın emalı və ağacdan məmulatların
istehsalı 24, geyim istehsalı 10,7, metallurgiya sənayesi məhsullarının
istehsalı 9,4, qida məhsullarının istehsalı 8,1, neft
məhsullarının istehsalı 5,5, hazır metal məmulatlarının
istehsalı 3,4 faiz artmışdır.
Azərbaycan.-2021.- 18 iyul.- S.1.