“Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli
363-VIQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
anununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2021-ci il
9 iyul tarixli 363-VIQD nömrəli
Qanununun 2021-ci il oktyabrın 1-dən tətbiqini
təmin etmək məqsədilə qərara
alıram:
1. “Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə
677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə
414; 2011, № 11, maddə 1009; 2016, № 3, maddə 471, № 6, maddə
1045; 2017, № 3, maddə 352, № 4, maddə 551, № 8, maddə
1517, № 11, maddə 2261; 2019, № 6, maddə 1030, № 12, maddə
1931; 2020-ci il, № 11, maddə
1358) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə
“355-5.1-ci maddəsində” sözləri
“150.2-ci və 355-5.1-ci maddələrində”
sözləri ilə əvəz edilsin;
1.2. 2.4-cü bənddən
“, 339.1-ci, 341-ci” sözləri çıxarılsın;
1.3. 2.11-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.12-ci bənd əlavə
edilsin:
“2.12. həmin Məcəllənin
150.2-ci maddəsində “orqanın
(qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Dövlət
Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi nəzərdə tutulur.”.
2. Azərbaycan
Respublikasının Ali Məhkəməsinə
tövsiyə edilsin ki, “Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2021-ci il
9 iyul tarixli 363-VIQD nömrəli Qanunu ilə həmin Məcəlləyə Ali Məhkəmədə
işlərə baxılma
qaydası ilə bağlı edilmiş dəyişiklikləri nəzərə
alaraq və “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə
tutulmuş məqsədləri
rəhbər tutaraq, Azərbaycan Respublikası
Ali Məhkəməsinin fəaliyyətinin
hüquqi, təşkilati
və informasiya təminatını daha səmərəli şəkildə
təşkil etmək
üçün Ali Məhkəmənin
Aparatının strukturunu
yenidən müəyyən
etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. mülki
məhkəmə icraatında
vəkilin xidmətlərini
ödəmək üçün
kifayət qədər
vəsaiti olmayan şəxslərin maraqlarının
təmsil olunması və prosessual hüquqlarının həyata
keçirilməsi məqsədilə
onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının
genişləndirilməsi ilə
bağlı qanunvericilik
aktlarında dəyişiklik
edilməsinə dair təklifləri üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. “Azərbaycan
Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul
2021-ci il
Azərbaycan.-2021.-
18 iyul.- S.5.