Qurban bayramı həm də niyyət bayramıdır
Bu müqəddəs günü
müsəlmanlar sosial
yardımlaşma, həmrəylik
rəmzi kimi yaşadırlar
Hər xalqın
milli, xəlqi adət-ənənələri var. Bu adət-ənənələr zaman-zaman
düşüncələrdə, ürəklərdə, həyatda
sədaqətlə qorunub
yaşadılıb, əmanət
kimi sonrakı nəsillərə ötürülüb. Xalq ona görə güclü olur ki, zaman
anlamında dünənlərini
unutmur. Xalqımız belələrindəndir.
Adət-ənənələrimizin bəziləri xalqımızın
var olmasıyla yaşıddır, bəziləri
həyat, yaşam uğrunda mübarizələrdə
qazanılıb, bəziləri
isə inanclarla, dini-etiqadlarla bağlıdır. Bütün hallarda
malik olduğumuz dəyərlər yaşadılır,
yaşadılacaq.
Din əsasən, həyat tərzidir. Səmavi dinlərin sonuncusu olan islam
insanlara dürüstlük,
halallıq, yüksək
əxlaq, davranış
normaları aşılayır.
Bu baxımdan islam dini ona iman gətirən
bütün xalqların
həyata baxışının
əsasını müəyyənləşdirir.
XV əsrdir ki, inancımızın iman yolundayıq. Müsəlmanlığın fəzilətləriylə yaşayırıq. Dünyanın neçə-neçə tanınmış
şəxsiyyətlərinin islamı qəbul etməsi onun mütərəqqi din olduğunun
təsdiqidir. İslam dini
dünyanı duruluğa,
saflığa, bəşəriliyə
yönəldən yeganə
dindir. Azərbaycanda
islam dininin
ənənələri sədaqətlə
yaşadılmaqdadır. Respublikamızda
islam dininin
sütunları olan bayramlar - Ramazan, Qurban dövlətin təsis etdiyi rəsmi bayramlardır.
Dünya
müsəlmanlarının mənəvi dünyasını
nurlandıran Qurban bayramı min illərdir dini inancı islam olan
dövlətlərdə və
digər ölkələrdə
yaşayan müsəlmanlar
arasında həmrəylik,
qardaşlıq rəmzi
kimi yaşadılır.
Qurban bayramı İsmayıl qurbanı adı ilə də anılır. Bu bayram
min illərdir islam dininin humanizm, bərabərlik, qardaşlıq, paylaşma
duyğularına sədaqət
kimi ehtiramlarla anılmaqdadır.
Sovet imperiyası Azərbaycanı ilhaq etdikdən sonra islam dininə qarşı qadağalar belə, xalqın inancının üstündə “yel əsdirə bilmədi”. Neçə-neçə din xadimi sürgün edilsə də, məscidlər kolxozların anbarlarına çevrilsə də, dağıdılsa da xalq inancını, dini adət-ənənələrini bütün çalarları ilə yaşatdı, qorudu. Məscidlərdən azan səsi gəlməsə də, könüllərdə bu səs qorunub yaşadıldı. Bu gün Azərbaycan islami dəyərləri sədaqətlə yaşadan dövlətlərdən biridir.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra sovet imperiyasının qadağaları da sovuşdu. Xalq zaman-zaman siyasi repressiyalardan qoruduğu inanclarını, adətlərini “işıq üzünə” çıxartdı. Xalq inanclarını həm də dövlətin himayəsi ilə icra etmək imkanı qazandı.
Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikamızda dini bayramlar da dövlət səviyyəsində qeyd edilməyə başladı. Qadağalar səksəkəsindən qurtaran xalq həyatın azadlıq havasını dini inanclarla qoşa yaşatmağa başladı. Ulu Öndər adətlərimizə, ənənələrimizə yeni yaşam verdi. Yeni yaşam qazanan bayramlardan biri də Qurban bayramı oldu. Ulu Öndər hər il qeyd edilən bu bayramda xalqı təbrik edirdi, Qurban bayramını məcburi köçkünlərlə birgə keçirirdi ki, bu da bayramın mahiyyətinə ən böyük azərbaycanlının ruhən verdiyi böyük töhfə olurdu. Xalq dahi rəhbərin istər islam dininə, istər vətəndaşlara verdiyi dəyəri ən gözəl bayramlaşma bilirdi, bayramlaşmanın mahiyyətini Ulu Öndərdən öyrənirdi.
Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev də dövlət bayramlarını xalqla birlikdə qeyd edir. Hər bayramda, o cümlədən Qurban bayramında xalqa təbrikini çatdırır. Ən ülvi arzularını bildirən dövlət başçısının təbrikləri isə xalqımız tərəfindən milli mentalitetimizin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir. Prezident
İlham Əliyevin ölkəmizdə 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi də dövlət başçısının bu dəyərlərə verdiyi qiymətin əyani təzahürüdür.
Azərbaycanın müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafında, tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin təbliğində böyük xidmətləri olub, bundan sonra da olacaq. Ölkəmiz islam dünyasında böyük nüfuza malikdir. Bunun nəticəsidir ki, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan islam mədəniyyətinin paytaxtı elan olundu. 2017-ci ildə Bakıda IV islam Həmrəyliyi Oyunları keçirildi. Bütün bunlar isə özlüyündə islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində Azərbaycana etimad deməkdir.
İllərdir qeyd etdiyimiz Qurban bayramı da xalqımızın əziz bayramlarından biridir. Hətta ölkəmizdəki müxtəlif dini konvensiyaların nümayəndələri də Qurban bayramının böyük fəzilətlərinə, bu bayramın mahiyyətinə böyük ehtiramla yanaşırlar. Qurban bayramı mütərəqqi milli-mənəvi dəyərlər sistemində sosial yardımlaşma, xeyirxahlıq duyğuları kimi yaşadılır.
İslam dininin fəzilətlərini yaşadan Azərbaycanda Vətən məfhumu da dini müqəddəslik səviyyəsində yaşadılır. İslamda şəhidliyin necə yüksək zirvə olduğunu bütün çalarları ilə dərk edən döyüşçülərimiz Ali Baş Komandanın sərkərdəliyi ilə ikinci Qarabağ müharibəsində Vətən naminə şəhadətə getdilər, torpaqlarımızı işğaldan azad etdilər. Onların şəhidliyi ilə azad edilmiş Qarabağda, mədəniyyətimizin paytaxtı Şuşada, Cıdır düzündə qurbanlar kəsiləcək, dualar oxunacaq.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan.-2021.- 18 iyul.- S.7.