“Mediada islahatlara doğru” mövzusunda seminarın iştirakçılarına
sertifikatlar təqdim olunub
Medianın İnkişafı Agentliyi
və ADA Universitetinin
İxtisasartırma Proqramlarının
birgə təşkilatçılığı
ilə iyunun 14-dən
iyulun 10-dək
“Mediada islahatlara
doğru” mövzusunda
keçirilən silsilə
seminarlar başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki,
bu münasibətlə
iyulun 14-də bağlanış
mərasimi keçirilib.
Mərasimdə ADA Universitetinin icraçı
prorektoru Fariz İsmayılzadə Medianın
İnkişafı Agentliyi
ilə birgə əməkdaşlıq çərçivəsində
həyata keçirilən
silsilə seminarların
növbəti mərhələsinin
təşkil ediləcəyini
bildirib. Prorektor qeyd edib ki, sözügedən seminarların təşkili
istər rəqəmsal,
istərsə də ənənəvi mediada yeni dövrün başlanğıcı kimi
qəbul edilə bilər.
Medianın İnkişafı Agentliyinin
icraçı direktoru
Əhməd İsmayılov
seminarların əhəmiyyətini
vurğulayaraq bu tədbirlərin mediada sağlam mühitin qurulmasına, jurnalistlərin
peşəkarlığının artırılmasına, ümumilikdə
media savadlılığının təmin edilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramlarının
rəhbəri Aygün
Hacıyeva təqdimatla
çıxış edərək
bildirib ki, biliyə və səriştəyə əsaslanan
seminar proqramını tədris
edən təlimçilərin
60 faizi yerli, 40 faizi isə xarici mütəxəssislərdən
ibarət olub.
ADA Universitetinin kommunikasiya və rəqəmsal media üzrə müəllimi
Şəfəq Mehrəliyeva jurnalistləri
Azərbaycan cəmiyyətinin
müəllimləri kimi
qiymətləndirib, onlara
bu missiyalarında uğurlar arzulayıb.
Tədbirin sonunda seminar iştirakçılarına
sertifikatlar təqdim edilib.
Xatırladaq ki, seminarlar çərçivəsində “Al-Jazeera”
Media İnstitutundan Montaser
Maray, Rəsul Sərdar və Rene Ode, eləcə də “Haber Global”dan Can Mumay mühazirələrlə çıxış
ediblər.
Seminarların təşkilində məqsəd
müasir media mühitinə
birgə nəzər salmaq, media sahəsində
innovativ təcrübələri
araşdırmaq və
mövcud media nəzəriyyələrinə
uyğun ölkədə
media islahatları prosesinə
təkan verməkdir.
Azərbaycan.-2021.- 18 iyul.- S.7.