QALİB GƏLSƏK DƏ, OLANLARI UNUTMAYAQ!
Bir vaxtlar dünyanın ən varlı şəhərlərindən biri sayılırdın...
Sonra Azərbaycanın ən döyüşkən şəhərlərindən birinə çevrildin.
Qarabağın qeyri-rəsmi mərkəzi, düşmənlə savaşanların dayaq nöqtəsi oldun.
Yiyəsizlik, sahibsizlik dərdindən, vəzifə hərisliyi və şəxsi maraqları naminə siyasi alverçilərin yaratdıqları başıpozuqluq səbəbindən düşmən işğalına məruz qaldın!
Verdiyin qurbanlar, çəkdiyin zillət puça çıxdı!
Ən nəhayət, ruhlar şəhərinə çevrildin!
Səni “Qafqazın Xirosiması” adlandırmağa başladılar.
27 illik həsrətdən sonra bəxtin üzünə güldü!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük müdrikliyi və sücaəti sayəsində yenidən doğma torpaqlara qovuşdun, Ağdamım mənim!
***
Ağdam düşmənlə açıq, üzbəüz, mərdliklə döyüşdü!
Azərbaycanın igid və qeyrətli oğulları onu darda, tək qoymadılar!
Respublikanın hər yerindən, ürəklərinin hökmü ilə könüllü şəkildə köməyinə gəldilər!
Qanlarını axıtdılar, canlarını verdilər, ölməzdən qabaq düşməndən qisaslarını da aldılar!
Bu gün ağdamlılar Ağdam uğrunda döyüşlərdə şəhid olmuşların hamısını - doğulduğu yerdən, milliyyətindən asılı olmayaraq - özününkü hesab edir, ağdamlı sayır!
Ağdamlıların özləri isə altı minədək şəhid veriblər!
O dövrdə respublikaya başçılıq edənlər - maymaqlar, qorxaqlar, səriştəsizlər, öz maraqlarını milli mənafedən üstün tutanlar nə Ağdamın, nə də Qarabağın müdafiəsini təşkil edə bildilər!
Nə döyüşlərə lazımi və zəruri kömək göstərdilər, nə də vədəsinə ordu yaratdılar!
Arxalı
köpək qurd basar - demişlər!
Mənfur
düşmən havadarlarına,
onu silah-sursatla təmin
edənlərə arxalanaraq
torpaqlarımızı ələ keçirdi...
Ağdam
işğala qədər düşməndən hayfını çıxmış,
lazımi zərbəni
vurub, xeyli itkiyə uğratmışdı.
Düşmən isə bunun əvəzini əlisilahlı döyüşçülərdən
yox, daşdan, torpaqdan, sulardan, meşələrdən çıxdı:
* Yaşayış evlərini
sökdü, dağıtdı, mal-materialını qonşularına
satdı...
* Tarixi abidələri yerləyeksan etdi, məscidləri donuz, mal-qara tövlələrinə
çevirdi...
* Meşələri qırdı,
yandırdı, ağacları
qurutdu...
* Təbii sərvətləri
çapıb-taladı, satıb
sovurdu...
* Çayların, su anbarlarının qarşısını
kəsərək yezidliyini
göstərdi...
Bir sözlə, erməni olduğunu sübuta yetirdi!
***
Vandal düşmən Şuşa,
Kəlbəcər, Laçın
kimi Ağdamı da xoşluqla qaytarmaq istəmirdi.
Həm də bilirdi ki, Azərbaycan xalqı öz torpaqlarından əl çəkməyəcək, müharibə
yolu ilə olsa da, hökmən
geri qaytaracaqdır!
Əsas hücumu da Ağdam istiqamətindən
gözləyirdi.
Odur ki,
Ağdamın müdafiəsinə
böyük diqqət
yetirirdi.
Otuz il ərzində burada beşqat müdafiə xətləri yaratmışdı:
* mina zolaqları və sahələri saldı;
* dərin səngərlər
qazdı;
* zirehli texnikanın
keçə bilməməsi
üçün maneələr
qurdu;
* “Ohanyan xətti” çəkdi;
* beton müdafiə sədləri tikdi;
* dəmir qapılarının
qalınlığı 70 santimetr olan bunkerlər inşa etdi;
* yerin relyefindən
istifadə etməklə
atəş
nöqtələri təşkil
etdi!
Bu işləri havadarlarının,
dostlarının köməyi
ilə gördü!
Öz ağlı ilə ölçüb-biçdi!
Amma ağlına da gətirməzdi
ki, müdafiə niyyətilə tikib qurduqları boşa çıxacaq, ordusunu və olub-qalanını
məhvolmadan qurtarmaq üçün
Ağdamı da Laçın və Kəlbəcər kimi dinməz-söyləməz geri qaytaracaq!
Yana-yana, qovrula-qovrula geri verəcəkdir!
İlham
Əliyevin dəmir
yumruğu onu buna vadar etdi!
Qəhrəman Azərbaycan Ordusu Şuşanı
tapanca və bıçaqla, yalçın
qayalara dırmaşmaqla, ağlagəlməz
cığırlardan keçməklə
aldıqdan sonra düşmənin
beli qırıldı,
hamisinə yalvar-yaxar edib tam məhvolmadan qurtarmaq üçün
30 illik “zəhmətini” və lovğalığını unudaraq diz üstə ləlidi!
Müzəffər Ali Baş Komandan
İlham Əliyev belini
qıraraq çökdürdüyü
düşmənin cəhənnəm
olub getməsinə imkan yaratdı!
Əlavə itkiyə yol verməmək üçün!
Çünki Prezident İlham
Əliyev öz vətəndaşının,
öz əsgərinin
qədrini yaxşı
bilir, onları qorumağı da, qayğı ilə əhatə etməyi də gözəl bacarır!
Dövlətin və millətin
əsl sahibi, yiyəsi olan qəhrəman İlham Əliyev Ağdamı ağdamlılara, bütün azərbaycanlılara
qaytardı!
Azərbaycan xalqının döyüşkən,
cəngavər, qorxmaz,
qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi!
Eşq olsun belə Sərkərdəyə, yaşasın
belə Rəhbər!
***
Müharibə qurtarsa da, mübarizə davam edir!
Bu mübarizənin cəbhəsi
isə xeyli genişdir!
Bəli,
məhz cəbhəsi, çünki düşmən sonadək
murdarlığını davam
etdirərək boşaltdığı
ərazilərə minalar
basdırmış və
onun xəritəsini verməkdən
boyun qaçırır!
Ancaq
biz heç zaman heç kəsə arxayın olmamışıq, öz işimizi özümüz görmüşük!
Həm də dostlarımızla birlikdə!
Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdama gedərək orada dövlət bayrağımızı ucaltdı, Ağdam məscidi qarşısında xalqa müraciət edərək düşmənə mesajlarını
çatdırdı, ərazinin
bərpası yönündə
görüləcək işlərin
mesajını verdi!
***
Düşmən düşməndir!
Düşmənin yaxşısı və
ya pisi olmur!
Hamısı birdir!
Amma daim çörəkverəninə xain çıxan, ağalarını satan və vaxtaşırı
sifətini dəyişən, gücünü,
qəddarlığını həmişə
mülki əhaliyə,
dinc insanlara, qadına, qocaya uşağa göstərən, quyruğu qapı arasında qalanda onun-bunun dabanını yalayan, su içdiyi quyuya tüpürərək yaşadığı
evi yandıran, mahiyyətcə faşist xislətli olan və “milli qəhrəmanı”
hitlerçilərin əlaltısı
kimi tanınan, boş xülyaları özünə
məqsəd seçən,
dövlətinin, dilənçi
gününə saldığı
millətinin
qədrini bilməyən,
daim vətənsiz olaraq qaraçı kimi ömür sürməyə adət etmiş düşmən isə bambaşqadır!
Beləsindən heç vaxt səmimi dost olmaz!
Sənin
ətrafında fırlanması,
yalmanması, quyruq bulaması üçün
daim güclü olmalısan!
Dəmir
yumruğun həmişə
hazır vəziyyətdə
olmalıdır!
Bəli,
biz Ağdamı da, bütün Qarabağı
da yenidən dirçəldəcəyik, tikib
quracağıq!
Müdrik
və uzaqgörən
rəhbərimiz, qorx
maz
və cəsarətli sərkərdəmiz,
qeyrətli, qalib xalqımız var!
Güclü, müasir Azərbaycan yaratdığımız
kimi, “ağıllı” kənd və şəhərləri olan, zəngin keçmişi, qədim mədəniyyəti,
qəhrəmanlıq tarixi, igid insanları, bərəkətli
torpaqları,
əsrarəngiz təbiəti olan Qarabağı da əvvəlkindən gözəl, zəngin vəziyyətə gətirəcəyik!
Onu əvvəlkindən də
möhkəm qoruyacaq,
düşmənin əl
uzatmasına imkan verməyəcəyik!
Ordumuz
güclü, xalqımız mətin, dostumuz etibarlıdır!
Daha heç kim
Qarabağı bizdən
ala bilməz!
***
23 iyul ibrət günüdür!
23 iyul keçmişi unutmamaq, anarxiya, xaos və ziddiyyətin hansı faciələrə
gətirib çıxardığını
yada salmaq günüdür!
23 iyul rəhbərsizliyin, yiyəsizliyin, ordusuzluğun necə
müsibətlərlə sonuclandığını
anmaq günüdür!
23 iyul Vətəndən qoparılmağın,
Vətəndə vətənsiz qalmağın hansı mənəvi iztirablara, mənəvi işgəncələrə, depressiyalara səbəb ola biləcəyini xatırlamaq günüdür!
23 iyul unudulması
mümkün olmayanların unudulmaması, bir daha xatırlanması
günüdür!
***
23 iyul Ağdamsızlığın
əzablı başlanğıc günü
idi!
Qara
bayram sayılırdı...
İlham
Əliyevin qüdrətli
əli ilə tarixə qızıl hərflərlə yazılan
20 noyabr isə Ağdamın
azad olunduğu gündür!
Əsl bayramdır, qırmızı
bayramdır!
İşğal gününü heç
zaman unutmamalıyıq!
Şəhidlərimizə hörmət və ehtiramımızı, düşmənə nifrətimizi azaltmamalıyıq!
Artıq qisasımızı da almışıq, torpağımızı da!
İndi irəli baxıb, irəli getməliyik!
Ən əvvəl, milli birliyimizi, iqtisadi və hərbi gücümüzü qorumalı, artırmalı və möhkəmləndirməliyik!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı dirçəltməli, yenidən tikib qurmalı, düşmən üçün gözdağına çevirməliyik!
Ermənistan ya kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməli, ya da dalanda, ziddiyyətlər burulğanında boğularaq bir dövlət kimi sıradan çıxmalıdır!
Nə onun, nə də havadarlarının ağlı ötən əsrin doxsanıncı illərinə getməsin;
* Azərbaycan həmin Azərbaycan deyil!
* Azərbaycan müstəqil, güclü iqtisadiyyatı, yüksək siyasi nüfuzu, Türkiyə kimi etibarlı qardaşı, qüdrətli ordusu olan dövlətdir!
* Ermənistan isə əhalisi emiqranta çevrilən, ordusu məhv edilən, iqtisadiyyatı pozulan, faşist niyyəti və “böyük Ermənistan” xülyası puça çıxan forpost məkandır!
* Seçim Ermənistanındır!
Ya Azərbaycanın ərazi bütövlüyünü qəbul edərək əməkdaşlığa başlayır, ya da...
İlham Əliyevin dəmir yumruğu hazır vəziyyətdədir!
Bu dəfə heç kim düşməni əlimizdən ala bilməyəcəkdir!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 23 iyul.- S.1;13.