Səfər
başa çatıb
İyulun
18-də Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin Azərbaycan Respublikasına işgüzar səfəri
başa çatıb.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının və
Avropa İttifaqının bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Avropa İttifaqı Şurasının Prezidentinin
şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Azərbaycanın
Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin
Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri
Fuad İsgəndərov və digər rəsmi şəxslər
yola saldılar.
Azərbaycan.-2021.- 23 iyul.- S.4.