T.R.Qəhrəmanovun Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
strateji inkişaf
üzrə vitse-prezidenti vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 iyul 2021-ci il
Azərbaycan.-2021.- 23 iyul.- S.5.