Regionların
hərtərəfli inkişafı Prezidentin daim diqqət mərkəzindədir
Naftalan
şəhərində 200 yerlik körpələr evi-uşaq
bağçası istifadəyə verilib
İyulun
22-də Naftalan şəhərində 200 yerlik körpələr
evi-uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tədbirdə iştirak edib.
Müasir
standartlara uyğun qurulan bağçada azyaşlıların
təlim-tərbiyəsi və onların sağlam vətəndaş
kimi yetişmələri üçün hər cür şərait
var. Uşaqların günün əsas hissəsini burada
keçirmələri məktəbəqədər təhsil
müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə,
sağlam ab-havanın yaradılmasına xüsusi diqqət
yetirilməsini tələb edir. “Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı”
proqramı Azərbaycanın uğurlu gələcəyinə
hesablanıb. Ən müasir infrastrukturla təchiz edilən
körpələr evi-uşaq bağçası Naftalanda sayca
ikinci məktəbəqədər təhsil müəssisəsidir.
Bu sahədə görülən işlər ölkəmizdə
uşaqların sağlam və intellektli böyümələrini
təmin edir.
Son
illərdə paytaxtla yanaşı, bölgələrimizdə
də bir çox uşaq təhsil-tərbiyə müəssisələrində
əsaslı təmir və yenidənqurma işləri
aparılıb, yeni uşaq bağçaları tikilib.
Əsas məqsəd məktəbəqədər təhsil
sahəsində əvvəllər mövcud olan
çatışmazlıqları aradan qaldırmaqdır.
Azərbaycan.-2021.- 23 iyul.- S.9.