Regionların hərtərəfli inkişafı Prezidentin daim diqqət mərkəzindədir

 

Naftalan şəhər hava limanı ilə tanışlıq

 

 

İyulun 22-də Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxdı.

 

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

 

Bildirildi ki, 1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub. Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.

 

 

Azərbaycan.-2021.- 23 iyul.- S.9.