Regionların
hərtərəfli inkişafı Prezidentin daim diqqət mərkəzindədir
Prezident
İlham Əliyev Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu
avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də
Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu
avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki,
bu gün də
ölkəmizdə yol-nəqliyyat infrastrukturunun
tamamilə yenilənməsi və müasirləşdirilməsi,
bu sahədə əsaslı dəyişikliklərin
yer aldığı proses
uğurla davam edir. Regionların, həmçinin kənd və
qəsəbələri birləşdirən avtomobil
yollarının, yolayrıcıların və körpülərin
inşasına və yenidən qurulmasına xüsusi
diqqət göstərilir. Bu cür yolların müasir
səviyyədə inşası isə əhalinin
rahatlığını təmin edən əsas sosial amildir.
Azərbaycan.-2021.- 23 iyul.- S.10.