Regionların
hərtərəfli inkişafı Prezidentin daim diqqət mərkəzindədir
Goranboy
Olimpiya İdman Kompleksinin açılışı olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də
Goranboy Olimpiya İdman Kompleksinin açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.
İnşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini-futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvando, sambo, karate, kiqboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub.
Uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb. Ötən illər ərzində Azərbaycanda onlarla olimpiya -idman kompleksi tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən olimpiya-idman kompleksi də bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur.
Kompleksə üzgüçülük
hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının
yarışları izləməsi üçün
hər cür şərait var. Burada, həmçinin
güləş, boks, fitnes-trenajor,
aerobika, gimnastika və
rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar
yaradılıb. Ərazidə üçmərtəbəli,
44 yerlik mehmanxana da fəaliyyət göstərəcək. Burada da
idmançıların və qonaqların istirahəti üçün bütün
imkanlar var. Futbol stadionunun tribunası
1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini-futbol meydançası da
qurulub. Voleybol-basketbol
meydançası, həmçinin uşaq
əyləncə meydançası yaradılıb. Kompleksdə
fiziki imkanları məhdud
idmançılar və tamaşaçılar üçün
də müvafiq şərait
yaradılıb.
Azərbaycan.-2021.- 23 iyul.- S.10.